IQNA

"Allah günləri" adlanan "Fəcr 10 günlüyü" astanasında;

İslam İnqilabın Ali Rəhbəri rəhmətlik İmam Xomeyninin qəbrini və "Şəhidlər gülzarı"nı ziyarət etdi

10:57 - January 28, 2015
Xəbər sayı: 2772458
Siyasi qrup: "Allah günləri" adlanan "Fəcr 10 günlüyü" astanasında İslam İnqilabının Ali Rəhbəri həzrət Ayətullah Üzma Seyid Əli Xamenei bu gün səhər rəhmətlik İmam Xomeyninin qəbrini və "Şəhidlər gülzarı"nı ziyarət edərək onların ruhuna "fatihə" və dualar oxudu.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Ali Dini Rəhbərin dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə "Allah günləri" adlanan "Fəcr 10 günlüyü" – (İmam Xomeyninin (r.ə) İrana qayıtdığı gün) astanasında İslam İnqilabının Ali Rəhbəri həzrət Ayətullah Üzma Seyid Əli Xamenei cənabları bu gün səhər, 28 yanvar 2015-ci il, rəhmətlik İmam Xomeyninin qəbrini ziyarət edərək onun ruhuna "fatihə" və dualar oxudu.
Ali Rəhbər bundan sonra "Zəhra Behişti" qəbiristanlığına gələrək "7 tir" şəhidləri və İslam İnqilabı şəhidlərinin dəfn olunduğu "Şəhidlər gülzarını" ziyarət edərək onların pak ruhlarına dua oxudu və Allahdan onlar üçün ali dərəcələr istədi.
2772404

Teqlər: ali ، rəhbər ، imam ، xomeyni ، şəhidlər ، gülzarı
captcha