IQNA

17:35 - February 16, 2015
Xəbər sayı: 2858500
Beynəlxalq qrup: Yeni sorğuların nəticələri göstərir ki, Amerikanın protestant məzhəbinin yüksək rütbəli keşişlərinin təqribən yarısı və yerli xalqın da dörddə biri İŞİD-i İslam cameəsinin nümayəndəsi hesab edir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "USA Today" qəzetinə istinadən verdiyi xəbərə görə "Yaşam tərzi" tədqiqat mərkəzinin yeni ictimai sorğuları əsasında məlum olub ki, amerikalıların çoxunun İslama qarşı mənfi münasibət və baxışları vardır.



Bu araşdırmalarda 1000 nəfər yüksək rütbəli protestant keşişi iştirak edib və onların 45 % - i İŞİD-i İslam cəmiyyətinin nümayəndəsi, təmsilçisi və təzahürü adlandırıblar. Sorğuda iştirak edən keşişlərin 47 %-I isə bu növ tərz-təfəkkürün əleyhinə olublar.



Araşdırma və rəy sorğuları yalnız kilsələrdə və keşişlər arasında aparılıb.



Həmçinin araşdırmalardan aydın oldu ki, keşişlər sadə insanlara nisbətən İslam dininə daha artıq nifrət bəsləyirlər.



Sözügedən mərkəzin ikinci rəy sorğusu ictimaiyyət arasında və sadə xalq kütlələri ilə aparılıb. İştiakçıların 27 % -i İŞİD-i İslam cəmiyyətinin bir nümunəsi sayıb.



Məkəzin müdiri rəy sorğularının nəticəsi barəsində deyib: Nəticələr göstərdi ki, xalq pərakəndə şəkildə, xristian dini rəhbərləri isə xüsusi şəkildə İslam dininə nifrət və düşmənçilik bəsləyirlər. Bəlkə də bunun əsl səbəbi hər gecə televiziyadan yayımlanan verlişlərdir.



2852748

Teqlər: keşiş ، amerika ، protestant
Ad:
E-poçt:
* Comment:
* captcha: