IQNA

Xristian qadın orucunu hicabla tutmağı əhd edib

14:13 - February 28, 2015
Xəbər sayı: 2909810
Tehran(İQNA)_ Xristian qadın Cessi İqan həyatında dinin hər şeydən öndə olduğunu düşündüyünü bildirir.

İslamazeri.az-ın “islamnews”-a istinadən verdiyi xəbərə görə, İllinoyis ştatından olan dindar xristian qadın Cessi İqan həyatında dinin hər şeydən öndə olduğunu düşündüyünü bildirir. Cessinin xristianların böyük orucluğu zamanı hicabla keçirəcəyini əhd etməsi isə yaxınlarının təəccübünə səbəb olub. Cessinin 40 günlük xristian orucluğu zamanı hicaba riayət etməsi müsəlman rəfiqələri tərəfindən rəğbətlə qarşılanıb. Cessinin müsəlman rəfiqələri xristian qadına öz hicablarını hədiyyə eləməyə başlayıblar. Hətta ona hovuzda övladının üzgüçülük məşqlərində iştirak etməsi üçün hicaba uyğun geyim də hədiyyə edilib.

Cessi İqan: "Mən bu addımla mədəniyyət sərhədlərini keçmək istədim və bunun asan olduğunu aşkarladım. Mən ümid edirəm ki, insanlar məni başa düşəcək və hətta bu yolu mənimlə bərabər gedəcək".

islamazeri.com

Teqlər: xristian ، qadın ، hicab
captcha