İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) dini yazar və tədqiqatçıların "katibin.ir" informasiya saytına istinadən verdiyi xəbərə görə 1400 il öncə İlahi vəhyin vasitəsilə nazil olunmuş bu kitab yeganə vəhy kitabıdır ki, indiyəcək təhrif olunmadan qalıb. Bu müqəddəs kitabın milyonlarla nüsxələrinin müxtəlif dövrlərdə müxtəlif xətlərlə yazılmasına baxmayaraq indiyədək kəşf olunmuş ən qədim nüsxələr göstərir ki, bu səmavi kitab öz ilk şəkilini hifz edib saxlaya bilmişdir.
Foto-1: Ən qədim Quran nüsxəsidir ki, 95% ehtimala görə milad tarixi ilə 649 və 675-ci illər arasında yazılıb, Almaniyanın "Tubingen" universitetinin kitabxanasında saxlanılır.
Foto-2: Peyğəmbərin (s) hicrətindən 200 və ya 300 il sonra 536 səhifədə yazılıb. Çinin cənub-qərbində Çunq-Çing regionunda tapılıb.
Foto-3: Hicrətin 200 və 600-cü illəri arasında yazılıb. Çində tapılıb və hazırda "Tasye-çiye" məscidində saxlanılır.
Foto-4: Bu nüsxə 2013-cü ildə Türkiyənin Bodrum şəhərinin İmam Cüməsi tərəfindən kəşf edilib. 1200 il öncə yazılıb, İzmir milli kitabxanasında saxlanılır.
Foto-5: "Osman Quranı" adı ilə tanınan bu nüsxə 3-cü xəlifə Osmanın xilafəti dövründə yazılıb. 1087 səhifədir və 80 kq çəkisi var. Türkiyənin "tilyaşayaq" muzeyində saxlanılır.
Foto-6: Bu Quran hicrətin 8-ci əsrində Məkkə ya Mədinədə yazılıb. "Mail Quran"ı adı ilə tanınır. Miladın 19-cu əsrindən Londonun "britaniya muzeyi"ndə saxlanılır.
Foto-7: Bu nüsxə 650-675-ci illərdə qoyun dərisi üzərində yazılıb. Qahirənin ətrafında olan Füstat məscidində tapılıb, Fransanın milli kitabxanasında saxlanılır.
Foto-8: Bu nüsxə hicrətdən 200 il sonra yazılıb. Yəmənli bir cavan tərəfindən 2012-ci ildə "əl-Dali" şəhərində bir mağarada tapılıb.
Foto-9: Bu nüsxə 1972-ci ildə Yəmənin Səfa şəhərində məscidi təmir edən işçilər tərəfindən tapılıb. Hicrətin 8-ci əsrinin əvvəllərində yazılıb.