IQNA

İraqın sünni-şiə birliyi İstambulun "Picture Frame" sərgisində + FOTO

11:14 - March 15, 2015
Xəbər sayı: 2986252
Beynəlxalq qrup: Əbu Səlah Mehdi – İraqlı qəzet yazarı, Türkiyənin İstambul şəhərində "İraq xalqının İŞİD qarşısında şücaətli müqaviməti" devizi ilə sərgi düzənləyib. Sərgidə İraqın sünni-şiə birliyi xüsusi şəkildə əks etdirilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Türkiyə Şiələrinin informasiya portalına istinadən verdiyi xəbərə görə Əbu Səlah Mehdi – İraqlı qəzet yazarı, Türkiyənin İstambul şəhərində "İraq xalqının İŞİD qarşısında şücaətli müqaviməti" devizi ilə İraq xalqının terrorist ünsürlər qarşısında müqavimətini çatdırmaq üçün forosərgi düzənləyib.

Sərgidə İraqın sünni-şiə birliyi xüsusi şəkildə əks etdirilir. Sərgi Türkiyə Şiələrinin "Zeynəbiyyə Hərəkatı"nın nəzdində fəaliyyət göstərən "Cavanlar İşi Mərkəzi"ində keçirilir.İraq xalqının sünni-şiə birliyini əks etdirən bu sərgi türkiyəlilərin marağını doğurub.

Sərginin düzənləyicisi Əbu Səlah Mehdi Türkiyə şiələrinin rəhbəri Səlahəddin Özgündüzə bu fürsəti onun üçün yaratdığına görə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, "Zeynəbiyyə Hərəkatı"nın rəhbəri Səlahəddin Özgündüz də bu sərgiyə baxış keçirib.

2982034


 






Teqlər: Zeynəb ، İraq ، sərgi ، sünni ، şiə
captcha