IQNA

15:15 - April 14, 2015
Xəbər sayı: 3142876
Tehran(İQNA)_Dünəndən etibarən müsəlmanlar üçün daha bir internet saytı yenilənərək fəaliyyətə başlayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentiliyi) islamazeri.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin sədri Hacı Ramin İgidov məlumat verib.
Onun sözlərinə görə, yenilənərək fəaliyyətə başlayan www.islammobile.biz internet saytında Azərbaycanca, türkcə, rusca, ərəb və farsca mobil telefon formatlarında dini elektron kitablar və proqrmlar yer alır.

Maraqlananlar bu məkandan istədikləri faydalı proqram, şəkil, mövzu və APK formatda kitabları android sistemi dəstəkləyən mobil telefonlarına yükləyə bilərlər. Gələcəkdə kitabların digər telefonların dəstəkədiyi formatlarda hazırlanması da nəzərdə tutulub.

Teqlər: Müsəlmanlar ، yeni ، sayt ، dini ، kitab ، Gürcüstan
Ad:
E-poçt:
* Comment:
* captcha: