IQNA

Bakıda Quran Gecəsi keçirilib

12:10 - May 11, 2015
Xəbər sayı: 3286503
Tehran(İQNA)_Bakıdakı Hacı Cavad məscidində növbəti Quran Gecəsi keçirilib.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "islamazeri.az"-a istinadən verdiyi xəbərə görə, mərasimdə tanınmış Quran qariləri, ziyalılar, o cümlədən ilahiyyatçı alimlər iştirak ediblər.



Mərasimdə çıxış edən Hacı Cavad məscidinin axundu, tanınmış ilahiyyatçı alim Hacı Əhliman Rüstəmov bildirib ki, Quran bəşəriyyətin dünya və axirət həyatının xoşbəxtliyini təmin edən əbədi ilahi qanundur.



Onun ayələri hidayət, bəyan etdiyi hər bir ifadə isə rəhmət və səadət mənbəyidir. Quran ayələrinə nəzər salaraq onun dərin mənalarını dərk etməyə çalışan oxucu, ondan vəsfolunmaz ləzzətlər alır. Nəticədə qəlbi nurlanır və mənəvi paklığa nail olur. Hacı Əhliman Rüstəmov həmçinin deyib ki, bundan sonra da Hacı Cavad məscidində belə mərasimlər keçiriləcək.

Teqlər: bakı ، quran ، gecəsi
captcha