İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) interaztv-a istinadən verdiyi xəbərə görə, İraqın Müdafiə və Daxili İşlər nazirləri yeddinci imamın məqbərəsini ziyarət etmək istəyənlərin əmniyyətini təmin etmək üçün əlavə təhlükəsizlik tədbirləri görməyə başlayıblar.
İmam Musa Kazimin(ə) şəhid edilməsinin ildönümü öncəsi onun məzarının ziyarətinə gedən zəvvarların çoxluğu səbəbindən İraq təhlükəsizlik qüvvələri havadan müşahidə və nəzarət işlərini artırıblar.
Ötən gün Bağdadda zəvvarlara qarşı iki terror aktı törədilməsinə baxmayaraq bu zəvvarların hərəkətinə mane olmayıb və müqəddəs ziyarətgaha doğru insan axını getdikcə çoxalır.
İraq hava qüvvələrinin helikopterləri zəvvarların axınını yuxarıdan görüntüləyiblər.