İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) REPORT.AZ-a istinadla verdiyi xəbərə görə, Myanma hakimiyyəti dənizdə həlak olan müsəlmanların Rohingya əyalətindən qaçqın düşməsinə görə məsuliyyəti öz üzərinə götürməkdən imtina edib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, 2 mindən artıq insan qayıqlarla hakimiyyətin təqibindən qaçaraq Tayland, Malayziya və İndoneziya sahillərinə üz tutub.
Tailandda mayın sonlarında Myanmadan qaçqın axını ilə bağlı vəziyyətin müzakirəsi üçün konfrans çağırılacaq.