IQNA

Azərbaycan evsahibliyi edir;

"Mədəniyyətlərin Beynəlxalq Dialoqu"nun 3-cü toplantısına start verildi

6:33 - May 19, 2015
Xəbər sayı: 3305115
Beynəlxalq qrup: Dünən, 18 may, Bakının evsahibliyi, Azərbaycan prezidentinin təşəbbüsü və İSESCO İslam təşkilatının razılığı ilə "Mədəniyyətlərin Beynəlxalq Dialoqu"nun 3-cü toplantısına start verildi.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İSESCO" İslam təşkilatının rəsmi xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə "Mədəniyyətlərin Beynəlxalq Dialoqu"nun 3-cü toplantısı dünən, 18 may 2015-ci ildə Azərbaycan respublikasının paytaxtı Bakıda öz işinə başladı. Bakının evsahibliyi, prezident İlah Əliyevin xüsusi təklifi və təşəbbüsü və "İSESCO" – İslami Təlim, Mədəniyyət və Elmlər təşkilatının razılığı, UNESCO və BMT-nin Mədəniyyətlər Birliyinin həmkarlığı ilə keçirilən bu toplantı iki gün davam edəcək.



Həmçinin İslam dünyasının mədəni strategiyasının icrası şurasının 14-cü iclası da bu toplantının haşiyəsində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin koordinasiya və nəzarəti ilə keçiriləcəkdir.



"Mədəniyyətlərin Beynəlxalq Dialoqu"nun 3-cü toplantısı İSESCO-nun rəisi Əbdül-əziz bin Osman ət-Tüvəycirinin iştirakı ilə keçirilir. Bu toplantıda İSESCO-nun baş katibi Əyad Əmin Mədəni çıxış edəcəkdir.



Bu toplantıda Azərbaycan, Omman, Misr, Tunis, Qırğızıstan, İndenoziya, Kenya, Negeriya, Səudi Ərəbistan, Seneqal, Mərakeş, BƏƏ və İslami Həmkarlıq Təşkilatının nümayəndələri iştirak edirlər.



3304581    

Teqlər: isesco ، unesco ، bmt ، azərbaycan
captcha