İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-əhd" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə, İraqın müqəddəs Nəcəf-Əşrəf şəhərinin Cümə Namazı xətibi Höccətul-İslam vəl-müslimin Qəbançi Kufə şəhərində keçirilən "Hövzə və Universitetlərin elmi mütali mərkəzi"nin 5-ci elmi konqresində çıxış edərkən İŞİD terrorist qruplaşmasını şiələrin dini elmi hövzələr üçün real təhlükə və təhdid sayaraq dedi: İŞİD öz ifrati və radikal təkfirçi təfəkküründən elmi dini hövzələrin əleyhinə istifadə edir.
O əlavə etdi: Elmi dini hövzələr təsis olunduğu gündən həmişə müxtəlif təhlükə, təhdid və problemlərlə üz-üzə qalmışdır. Məsum imamlarımız da həmişə xəbərdarlıq ediblər ki, elmi dini hövzələr heç vaxt siyasi hakimiyyət və qüdrətə bağlı olmasınlar.
Nəcəfin Cümə Namazı imamı dedi: Keçmişdə dini mərkəzlər Əhl-Beyt (ə) məzhəbini məhv etmək istəyən hakimlər tərəfindən idarə olunurdular. Bu gün də İŞİD terrorist qruplaşması dini elmi hövzələri məhv etmək üçün İslam və Əhl-Beyt (ə) düşmənlərinin əsas silahına çevirilib və müxtəlif şivələrlə elmi dini hövzə ilə döyüşürlər.
Qəbançi vurğuladı: İŞİD tərəfindən dini müəssisələri təhdid edən ilk təhlükə bu qrupun siyasi güclərdən əmr alması, ikinci təhlükə isə dini müəssisə və hövzələrin xalq kütləsindən uzaqlaşmasıdır.
O, dini hövzələr və xalqın yaxınlığının əhəmiyyətinə işarə edərək dedi: Dini təqlid mərcələrinin terrorizm əleyhinə mübarizə üçün "cihad" fətvası verməsi çox mühüm siyasi və tarixi bir qərar idi.