IQNA

BƏƏ – nin "hilalı görmə" İslami projesi:
23:44 - July 14, 2015
Xəbər sayı: 3328207
Beynəlxalq şöbə: BƏƏ – də (Birləşmiş Ərəb Əmirlikləri) "hilalı görmə" İslami projesinin elmi heyəti elan ediblər ki, astronomik hesablamalara görə hicri – qəməri tarixi ilə 1436 – cı ilin Ramazan ayının Fitr bayramı bir çox İslam ölkələrində bu həftənin Cümə günü, İyul ayının 17-nə təsadüf edir.


İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "UAE24/7" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə, Məhəmməd Şövkət Övdət - BƏƏ – də (Birləşmiş Ərəb Əmirlikləri) "hilalı görmə" İslami projesinin elmi heyətinin rəisi, bu barədə müsahibə verərək deyib: Astronomik hesablamalara görə bu həftənin Cüməaxşamı günü qürüb çağı 1436 – ci hicri-qəməri ilinin Şəvval ayının hilalı görsənəcək, buna görə hicri – qəməri tarixi ilə 1436 – cı ilin Ramazan ayının Fitr bayramı bir çox İslam ölkələrində bu həftənin Cümə günü, İyul ayının 17-nə təsadüf edir.



"ŞARÇE" astronomiya müəssisəsi də Fitr bayramını BƏƏ və Fars körfəzinin bir çox ölkələri üçün bu həftənin Cümə gününə elan edib.



Bu təşkilatın tədqiqatçısı İbrahim Cərvan dedi: Astronomik hesablamalara görə Cümə günü böyük ehtimalla BƏƏ – də və digər Fars körfəzi ölkələrində Fitr bayramı olacaqdır. Bu hesablamaya görə yerli vaxtla BƏƏ – də saat 5:24-də radələrində Şəvval ayının hilalını görmək olacaq.



Buna baxmayaraq bir sıra İslam ölkələrində də cüməaxşamı günü Şəvval ayının görünməsi ehtimalı çox azdır. 3327412  

Teqlər: fitr ، bayram ، ramazan ، 1436
Ad:
E-poçt:
* Comment:
* captcha: