IQNA

Tacikistanda məscidlərin bağlanması siyasəti davam edir

11:12 - July 30, 2015
Xəbər sayı: 3336940
Beynəlxalq qrup: Tacikistan dövləti bu ölkədə müxtəlif bəhanələrlə məscidbağlama siyasətinin davamında ölkənin şimalında yerləşən Səğd əyalətinin bir neçə məscidini də bağlayıbdır.


İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "mehrap haber" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə Tacikistanın milli mərasim, festival, adət-ənənə və dini işlərinə nəzarət komitəsi Səğd əyalətinin məscidlərinin bağlanılması və fəaliyyətinin dayandırılması barədə dedi: Bu məscidlər dövlətin dini işlər komitəsi yanında qeydiyyatdan keçmədiyi və Səğd əyalətinin ərazi komitəsinin icazəsi olmadan tikildiyi üçün fəaliyyətləri dayandırılıb.



Fəaliyyətləri dayandırılan bu məscidlərin binası bundan sonra dövlət idarələri, mədəniyyət mərkəzi, tibb məntəqəsi, uşaq bağçası, çayxana və bələdiyyə binaları kimi istifadəyə veriləcəkdir.



Yerli camaatın dediyinə görə məscidləri müxtəlif bəhanələrlə bağlamaq Tacikistan dövlətində adətə çevirilmişdir.



Qeyd edək ki, rəsmi hesabata görə Tacikistanın şimalında 1060 məscid vardır.



3336561



 

Teqlər: tacikistan ، məscid ، terror ، zorakılıq
captcha