IQNA

Əllamə Təbatəbainin (r.ə) qızı açıqlama verdi:

Atam sadə və zahid yaşayardı, “əl – Mizan” təfsirini anamınkı hesab edirdi

11:40 - August 08, 2015
Xəbər sayı: 3339985
Dini Elmi Hövzə: Əllamənin qızı atası Ayətullah Seyid Məhəmməd Hüseyn Təbatəbainin (r.ə) sadə və zahidanə yaşayışı barədə danışaraq dedi: Atam “əl – mizan” təfsirini yazarkən qazandığı müvəffəqiyyətdə anama borclu olduğunu deyir, təfsiri anamınkı hesab edir və deyirdi ki, bu təfsir həyat yoldaşıma məxsusdur.


IQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nəcmə Saadat Təbatəbai həftənin 3-cü günü, avqust ayının 5-də, Ərəbistanlı tələbə qızlar ilə “Əllamə Təbatəbai adına Quran Evi”ndə görüş keçirib. O, görüş zamanı atasının fərdi xüsusiyyətlərindən danışarkən deyib: Əllamə Təbatəbainin xüsusiyyətlərindən biri də Əhl-Beytə (ə) olan xüsusi sevgisi, onlara fövqaladə təvəssül etməsi idi və atam özü də bütün müvəffəqiyyətlərinin əsas rəmzini Əhl-Beytə (ə) olan təvəssülündə görürdü.



Nəcmə Saadat ata və anasının çətinliklər zamanı şiələrin 7-ci imamı Həzrət İmam Musanın (ə) Qumda dəfn oluan qızı Həzrət Məsuməyə (ə) təvəssül etdiklərinə işarə edərək dedi: Bundan əlavə ata-anamın İmam Hüseynə (ə) çox məhəbbətləri var idi. Atam Məhərrəm ayının ilk 10 gününü həmişə dərslərini tətil edər, təkcə əzadarlıq, rövzə və əza məclislərinə getməklə məşğul olardı.



Ata-anamın fərdi əxalqi xüsusiyyətləri bizim ailə mühitində də geniş təsirə malik idi. Onlar bizimlə davranışda və təbiyəmiz zamanı həddindən artıq xoşüzlü və mehriban idilər.



Əllamənin qızı atasının ailədə davranış tərzi barədə dedi: Atamın çox vaxtı yox idi, amma bütün proqramlarını elə nizamlamışdı ki, hər gün günortadan sonra ən azı bir saat da ailə üzvləri ilə birlikdə olurdu.



Nəcmə xanım anası ilə atasının eşq dəftərindən də misralar deməyi unutmadı: Atamın anamla rəftarı çox möhtərəmanə, hörmətlə, sayğı ilə və dostcasına idi. Atam həmişə anamı elə dindirərdi ki, sanki aylarmış anamı görmürmüş və onun vüsalının intizarında imiş, anamı hər dəfə “yarın didarına aylarla müştaq qalmış aşiqlər” kimi səsləyərdi.  



Şəhid Qüddusinin xanımı və Əllamənin qızı xanım Nəcmə Saadat anasından danışarkən dedi: Anam atamın təfsiri yazması və elmi işlərlə məşğul olması və uğurlar qazanması üçün çox fədakarlıq etdi. Atam dəfələrlə deyərdi ki, bu təfsir həyat yoldaşımındır – (onun zəhmətlərinin bəhrəsidir). Anam xəstələnərkən atam heç vaxt ona yaraqdan xaqlxmağa icazə verməzdi. Anam ölüm yatağında olarkən atam 27 gün onun yanından ayrılmadı. Atam bu müddətdə bütün işlərini tətil etdi və ancaq anama xidmət edirdi.  



Nəcmə xanım Qumda yaşayan vaxtları barədə dedi: Quma təzə gələn vaxtlarda iki otaqlı ev kirayələmişdi. Bu kasıb daxmada qonaq qəbul etmək imkanımız da yox idi. Atam heç vaxt “xüms”ün “imammalı” hissəsindən istifadə etməzdi. Əvvəllər Təbrizdəki əkin yerinin bizə düşən payı ilə dolanardıq. Sonralar isə yazdığı kitabların təlifhaqqı ilə güzəran keçirirdik. Müridbazlıq, dükan açmaq və hay-küylə yaşamağı, isrfakarlığı sevməzdi.     



http://iqna.ir/fa/News/3339531

Teqlər: əl ، mizan ، təfsir ، əllamə ، Təbatəbai
captcha