IQNA

Mahatir Məhəmməd:

Şiələri qeyri-müsəlman adlandırmağa haqqımız yoxdur!

1:17 - September 16, 2015
Xəbər sayı: 3362979
Beynəlxalq şöbə: Malaziyanın keçmiş baş naziri Mahatir Məhəmməd ölkəsində yaşayan sünni müsəlmanlara müraciət edərək şiələrin də müsəlman olduğunu və sünnü müsəlmanların onları dini qardaş olaraq qəbul etməyin zəruriliyini vurğuladı.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "freemalaysiatoday" informasiya portalına istinadən verdiyi xəbərə görə, Malaziyanın keçmiş baş naziri Mahatir Məhəmməd dünən (14 sentyabar) "Şah Aləm" şəhərindəki çıxışında dedi: Təkcə buna görə ki, onlar bizim kimi geyinmir, bizim kimi düşünmür və ya bizim kimi deyildirlər deyə, bizim onları (şiələri) qeyri-müsəlman adlandırmağa heç bir haqqımız çatmır.



Mahatir Məhəmməd dedi: Allahın təkliyinə və Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verən hər kəs müsəlman sayılır. Və bildiyimiz kimi həm şiələr və həm də sünnilər bu iki məsələyə şəhadət verirlər.



Malaziyanın keçmiş baş naziri Mahatir Məhəmməd əlavə etdi: Ortaq Şərq ölkələrində daxili çəkişmələrə və müharibəyə səbəb olmuş firqəçi və məzhəbi ixtilaflardab uzaq olmalı və qorumalıyıq.



O, sözünün davamında dedi: İslam dünyasının müxtəlif bölgələrində bir-biri ilə savaşan sünnilər və şiələr həqiqətdə yəhudilərin (sionistlərin) və amerikalıların hədəfləri üçün vuruşurlar.  



Mahatir Məhəmməd vurğuladı: Yəhudilər və amerikalılar müsəlmanlara gülürlər, çünki müsəlmanlar onların işlərini görürlər. Müştərək və ortaq məsələlərimizi buraxıb ixtilaflı məsələlər üzərində israr etdikdə nəticə gördüyünüz (sionizim xeyirinə olan müsəlman savaşı) kimi olacaqdır.



http://iqna.ir/fa/News/3362727

Teqlər: iran ، livan ، suriya ، vəhdət ، fələstin
captcha