İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Şiələri Ali Dini Lideri və təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin dəftərxanasının rəsmi informasiya portalına istinadla verdiyi xəbərə görə, Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei bu gün, həftənin bazar günü, 27/09/2015-ci il tarixində, "İslami fiqhin doktorinası" silsilə dərslərində mühazirəsinin əvvəlində vurğuladı: İslam dünyasının bu faciəli hadisənin baş verməsi barədə çoxlu sualları vardır. Bu böyük hadisənin məsuliyyəti Ali-Səudun öhdəsinə düşür. Onlar məsələni o divar bu divar vurmaq yerinə, İslam ümmətindən və faciənin qurbanlarının ailələrindən üzr istəməli və bu ağır hadisədə öz məsuliyyətsizliklərinin cavabını verməlidirlər.
İslam İnqilabının Böyük Rəhbəri Mina hadisəsinə toxunaraq, vurğulayıblar ki, İslam Dünyası bu barədə bir çox suallara malikdir və Ərəbistan hökmranları günahı başqalarının boynuna atmaq yerinə, İslam Ümmətindən və itki vermiş ailələrdən üzr istəyərək, bu ağır hadisədəki məsuliyyətlərini qəbul etməlidirlər.
İslam İnqilabının Rəhbəri əlavə ediblər: İnsan bir an belə, özünü bu qəmdən azad hesab edə bilmir və bu qəm son bir neçə gündə bizim qəlblərimizə və bütün müsəlmanların ürəklərinə ağırlıq edir.
Həzrət Ayətullahuluzma Xamenei Ərəbistan başçılarının günahı başqalarının boynuna atmaları, bu faciənin məsuliyyətini qəbul etməkdən boyun qaçırmalarını qeyri-düzgün və təsirsiz addım adlandıraraq, deyiblər: İslam Dünyasının bir çox sualı var və bu hadisədə mindən çox insanın həlak olması kiçik bir məsələ deyil, buna görə, İslam Dünyası bu məsələ barədə düşünməlidir.
O həzrət həmçinin vurğulayıblar: Bu hadisə unudulmayacaq və xalqlar ciddi surətdə onu izləyəcəklər və səudiyyəlilər də günahı başqalarının boynuna atmaq və onu-bunu ittiham etmək yerinə, öz məsuliyyətlərini qəbul edərək, İslam Ümmətindən və itki vermiş ailələrdən üzr istəməlidirlər.
Şiələri Ali Dini Lideri və təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin "İslami fiqhin doktorinası" silsilə dərslərində mühazirəsini bu linkdən dinləyə bilərsiniz:
http://static.iqna.ir/1/editor/201509/14580.mp3