İQNA’nın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarələr Yəmənin Əl-Bəyda şəhərinə aviazərbələr endirib.
Bir neçə kvartala endirilən raket zərbələri nəticəsində mülki binalar, həmçinin Əl-Hənsa məktəbi dağıdılıb. Bundan əlavə Səudiyyə və müttəfiqləri Mərib, Səada, Taiz ərazilərində Yəmən xalqına qarşı təxribat və hücumlarını davam etdiriblər.
Yəmən ordusu və "Ənsarullah" xalq hərəkatı öz növbəsində Səudiyyə və muzdlulalına qarşı əməliyyatlarını davam etdirir. Qeyd edək ki, Səudiyyə Ərəbistanı və müttəfiqlərinin mart ayının 26-dan Yəmənə qarşı başlatdığı təcavüz nəticəsində minlərlə mülki vətəndaş həyatını itirib, 10 minlərlə vətəndaş isə yaralanıb.
Yüz minə yaxın insan öz evlərindən didərgin düşüb. Minlərlə yaşayış binası, məktəb, xəstəxana və digər sosial obyektlər dağıdılıb. Yəməndə humanitar vəziyyət Səudiyyə və müttəfiqlərinin havadan və qurudan tətbiq etdiyi blokada səbəbindən günü-gündən pisləşir. Humanitar təşkilatlar Yəmənə yetərli diqqət ayırmırlar.