İQNA’nın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, Qarşıdurmalar nəticəsində biri körpə olmaqla üç fələstinli həyatını itirib. Fələstin Səhiyyə Nazirliyi 8 aylıq körpənin ölümünə sionist İsrail əsgərlərinin atdığı qaz bombasının səbəb olduğunu açıqlayıb.
Səhiyyə nazirliyinin açıqlamasında biri Nablusun cənubunda, digəri isə Qüdsdə olmaqla iki fələstinli gəncin də işğalçı İsrail əsgərlərinin açdığı atəş nəəticəsində şəhid edildiyi bildirilib. Bundan başqa Fələstinin müxtəlif yerlərində etiraz aksiyalarında iştirak edərkən yaralanan fələstinlilərin sayı nazirliyin açıqlamasında 52 olaraq göstərilib.