IQNA

Ayətullah Üzma Nasir Məkarim Şirazi həzrətləri:

Sosial şəbəkələrdən istifadə pataloji dəyərləndirməli və istifadənin ziyan və zərərləri açıqlanmalıdır

12:19 - November 11, 2015
Xəbər sayı: 3447119
Dini Elmi Hövzələr şöbəsi: Şiələrin böyük təqli mərcələrindən olan Ayətullah Üzma Nasir Məkarim Şirazi həzrətləri bu gün "xaric dərsi"ndə dedi: Sosial şəbəkələrdən istifadə pataloji dəyərləndirməli və istifadənin zərərləri açıqlanmalıdır. Bunun üçün xüsusi proqramlar hazırlanmalıdır. Həmçinin cavanlara sosial şəbəkələrdən sağlam və doğru istifadə yolları öyrədilməlidir. Virtual aludəlik cameədə boşanmaların sayını artırmaqdadır və bu çox nigəranedicidir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) müqəddəs Qum şəhəri qərargahının müxbirinin verdiyi xəbərə görə, Şiələrin böyük təqli mərcələrindən olan Ayətullah Üzma Nasir Məkarim Şirazi həzrətləri bu gün, 11 Noyabr 2015-ci il tarixində müqəddəs Qum şəhəri Elmi Dini Hövzəsinin "xaric dərsi" (Dini Dərslərin İctihad Mühazirələri) zamanı dedi: Ailə təməlinin möhkəmliyinin qorunması həmişə İslam dininin önəm verdiyi məsələlərdən olub. Virtual aludəlik cameədə boşanmaların sayını artırmaqdadır və bu çox nigəranedicidir. Əgər ailələrdə süstlük yaranarsa, ictimaiyyətə də ciddi zərərlər dəyəcəkdir. Buna görə də ailə ocaqlarının dağılmasına icazə verməməliyik. Boşanma həm uşaqlara, həm də qadın və kişiyə ağır zərbələr vurur, onların gələcəyini öz nəhs kölgəsi altına alır.



Ayətullah Üzma Nasir Məkarim Şirazi həzrətləri əlavə etdi: Sosial şəbəkələrdən istifadə pataloji dəyərləndirməli və istifadənin ziyan və zərərləri açıqlanmalıdır. Bunun üçün xüsusi proqramlar hazırlanmalıdır. Həmçinin cavanlara sosial şəbəkələrdən sağlam və doğru istifadə yolları öyrədilməlidir.



Məkarim Şirazi həzrətləri dedi: Qadın və kişilərin bir-biri ilə istər real və istərsə də virtualda ifrat yaxınlıqları və geniş əlaqələri ailə təməlinə ağır zərbələr vurur, ailələrin bir-birinə etimad və etibarın azalmasına səbəb olur.  



3447028

Teqlər: virtual ، şəbəkə ، sosial ، məkarim
captcha