Dünən Almaniyanın Köln şəhərindəki "Porz Mövlana" məscidinə hücum təşkil edilib. Saat 01:45 radələrində baş verən hücum zamanı məscidin qapısı qırılıb.
Türkiyənin Köln şəhərindəki baş konsulu Hüseyn Əmrə Əngin məscidə edilən hücumla bağlı açıqlama verərkən "Təhlükəsizlik kameralarındakı görüntülərdən hadisələr tam bəlli olmasa da, 2-3 nəfərin "Molotov kokteyli" atdığı görünür.
Daha da pis hadisələrin baş verməməsi üçün günahkarların tez bir zamanda tutulmasını istəyirik", - deyə bildirib.
"Porz Mövlana" məscidinə daha əvvəllər də iki dəfə hücum təşkil edildiyi qeyd edilir.
İslamazeri.az