IQNA, Maide.az-a istinadla xəbər verir ki, hücum zamanı ən az 10 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
Samir Kuntarın qardaşı Besam Kuntar öz Facebook və Twitter səhifəsində qardaşının öldüyünü təsdiqləyir. “Fəxrlə mücahid rəhbər Samir Kuntarın şəhid olması münasibəti ilə baş sağlığı verirəm və fəxr edirəm ki, bizim ailədə şəhid ailələri cərgəsinə qoşuldu”.
Samir Kuntar 2008-ci ildə işğalçı rejim və Hizbullah arasında məhbusların mübadiləsi zamanı 29 il həbsdə qaldıqdan sonra azadlığa çıxmışdı. İşğalçı rejim 1979-cu ildə yəhudi ailəsini öldürdüyü iddiası ilə S.Kuntara dörd ömürlük həbs cəzası kəsmişdilər.