IQNA

Ayətullah Əraki İQNA ilə müsahibəsində:

Vəhdət konfransında dünyanın 70 ölkəsindən 301 qonaq iştirak edəcək / Rəhbərin məktubu işıqlandırılacaq

9:03 - December 23, 2015
Xəbər sayı: 3468504
Siyasi şöbə: Ayətullah Möhsin Əraki İQNA-nın sualının cavabında dedi: Bu il Vəhdət Konfransında 70 ölkədən qonaqlarımız olacaq və konfransda Ali Dini Lider Həzrət Ayətullah Xameneinin qərb cavanlarına məktubunun işılqandırılması və təfsiri üçün xüsusi proqramımız olacaqdır.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ayətullah Möhsin Əraki – İslami Məzhəblərin Yaxınlaşması Dünya Birliyi Təşkilatının (TƏQRİB) baş katibi, həftənin ikinci günü (22 dekabr 2015) mətbuat konfransında 29-cu beynəlxalq Vəhdət Konfransının mühüm proqramları barədə açıqlama verdi.



Beynəlxalq TƏQRİB təşkilatının baş katibinin dediyinə görə, bu konfrans cari ilinin Dekabar ayının 27, 28 və 29-cu günlərində əziz İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) viladət günləri və "vəhdət həftəsi" ərəfəsində "İslam dünyasının bügünki böhranları" devizi ilə keçiriləcəkdir.



Ayətullah Möhsin Əraki – İslami Məzhəblərin Yaxınlaşması Dünya Birliyi Təşkilatının (TƏQRİB) baş katibi, İQNA-nın müxbirinin bu konfransada iştirak edəcək ölkələrin və qonaqları sayı ilə bağlı sualının cavabında dedi: İndiyədək 29-cu vəhdət konfransında iştirak etməyə hazır olduqlarını elan edən ölkələrin sayı 70 civarındadır və təxmin edilir ki, konfransda 300-dən artıq qonaq iştirak edəcəkdir.



Beynəlxalq TƏQRİB təşkilatının baş katibi İQNA-nın müxbirinin bu konfransada Ali Dini Lider Həzrət Ayətullah Xameneinin qərb cavanlarına məktubunun işılqandırılması  ilə bağlı bir proqram olacaqmı sualının cavabında dedi: Bu məktubun işıqlandırılması ilə bağlı konfransa zamanı xüsusi proqramımız olacaqdır. Qərar almışıq ki, Rəhbərin qərb cavanlarına məktubu ilə bağlı xüsusi dialoq və müzakirə iclası təşkil edək.



3468244

Teqlər: vəhdət ، tərqib ، əraki ، məktub
captcha