
IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Qafqaz Mədəniyyət Mərkəzi"nin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, keçən həftənin Cüməaxşamı günü, İslamın əziz peyğəmbəri Həzrət Məhəmməd Mustəfanın (s) səadətli mövud günləri və vəhdət həftəsi münasibətilə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Qafqa Müsəlmanlar İdarəsi və İİR-nın Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Şəhəriyar Mədəniyyət sarayında İİR-nın Azərbaycandakı səlahiyyətli səfiri Möhsin Pakayinin və bir sıra dövlət rəsmilərinin iştirakı ilə əzəmətli mövlud mərasimi keçirilib.
Şexulislam Allahşükür Paşazadə (Qafqaz Müsəlmanlar İdarəsinin rəisi) bu mərasimdə müsəlmanların İraq, Əfqanıstan və digər ölkələrdə qətliam edilməsindən öz nigərançılığını bildirərək dedi: Son zamanlarda müsəlmanların və Əhl-beytin (s) adınan istifadə edək təxribatçılıqlar məşğul olanlar da var. Bütün dünya müsəlmanları Əhl-Beyti sevirlər. Biz dünyada sülh və qətliamların dayandırılmasını tələb edirik.
İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pak Ayin də bu mərasimdə Həzrət Muhəmməd(s.ə.s.) və Həzrət İsa(ə)-ın mövludlarını təbrik edərək, deyib: Bu peyğəmbərlərin hər ikisinin müraciətləri sülh və dostluqdur və bu gün dünya həmişəkindən daha artıq sülh və dostluğa və İslamın böyük peyğəmbəri (s.ə.s)-in təlimlərinin həyata keçirilməsinə ehtiyaclıdır.