Tehran, 24.01.2016 - Pakistan hökuməti ölkənin təhsil müəssisələri, özəl və dövlət məktəblərinin dərs proqramlarında Quran təlim dərslərinin tədrisinin həyata keçirilməsinə qərar verib.
IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.az-a istinadla xəbər verir ki, Quran dərsləri məktəblərdə birinci sinifdən 10-cu sinifədək şagirdlərə tədris olunacaq. "Dərslər iki istiqamətdə Quranın qiraəti və tərcüməsi üzrə həyata keçiriləcək.
Bu proqrama əsasən, bütün məktəblərdə birinci-beşinci siniflərdə Quranın qiraəti və 6 -10-cu siniflərdə isə Quranın tərcüməsi dərsləri təşkil olunacaq”, -deyə S.M.Yusif bildirib.