İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ərəbistan Dövlət Nazirliyi cari ayın ilk günlərində rəsmi bəyaniyyə yayaraq bu ölkənin tanınmış şiə ruhanisi Ayətullah Nimr Baqir Nimrin və digər 46 nəfərin edam olunduğunu elan etdi. Ərəbistanın bu çirkin addımı dünyanın hər yerində şiddətlə qınandı. Amma dünya ölkələri arasında bu edama qarşı laqeyd yanaşanlar da oldu ki, onların arasında Türkiyə də var idi. Türkiyə dövlətinin hakim partiyasına mənsub heç bir siyasi və dini təşkilat Ayətullah Nimr Baqir Nimrin edamını məhkum etmədi.
Türkiyənin Hürriyyət qəzetinin siyasi-ictimai məsələlər üzrə təhlilçisi Məhəmməd Yılmaz ölkəsinin hakim partiyasının Ayətullah Nimr Baqir Nimrin edamı qarşısında öz siyasi maraqlarına uyğun mövqe sərgiləməyi barədə yazır: Ayətullah Nimr Baqir Nimr elə bir şəxsiyyət idi ki, zorakılıq və radikallıq vasitələrindən heç birinə əl atmadan Ərəbistan kimi analoqsuz diktator, zalim və despotçu bir hökumətin qarşısında illərcə dayandı. Türkiyə kimi bir dövlətin bu azad və mübariz şiə ruhanisinin edamı qarşısında "mənalı sükut" ixtiyar etməsi belə bir sual doğurur ki, görəsən bu "mənalı sükut" edam hökmünün Ərəbistan tərəfindən icra olunduğu üçündür, yoxsa Ayətullah Nimrin şiə olduğu üçün?!
Hürriyyət qəzetinin siyasi-ictimai məsələlər üzrə təhlilçisi yazısının davamında ortaya belə bir sual da qoyur: "Görəsən buddistlərin yaşadığı bir ölkələrdən birində də bir müsəlman alim edam olunsaydı, Türkiyə dövləti yenə də sükut edəcəkdimi?!"
Bu türkiyəli yazıçının məqaləsində azca düşünsək bu qərara gələcəyik ki, Türkiyə dövləti İslam dünyasında müsəlmanların deyil, təkcə öz hakimiyyətinin maraqlarını güdən siyasi bir xətt üzrə irəliləyir ki, maraqlara uyğun olaraq siyasətini də dəyişir... (ardı var).
http://iqna.ir/fa/news/3467290