IQNA

Mənalı sükut-2

Ərdoğan dövləti və şiələrə olan zülm qarşısında "mənalı sükut"!

11:52 - January 27, 2016
Xəbər sayı: 3480101
Tehran, 27.01.2016 – Türkiyə dövlətinin müsəlman ölkələri və dünyada baş verən hadisələrin qarşısında siyasətləri göstərir ki, bu dövlətin hakim partiyası şiələrə nisbət fərqli mövqedə dayanır.
















İQNA-nın verdiyi xəbərə görə, Türkiyənin Hürriyyət qəzetinin siyasi-ictimai məsələlər üzrə təhlilçisi Məhəmməd Yılmaz ölkəsinin hakim partiyasının Ayətullah Nimr Bariq Nimrin edamı qarşısında öz siyasi maraqlarına uyğun mövqe sərgiləməyi barədə yazır: "Türkiyə kimi bir dövlətin bu azad və mübariz şiə ruhanisinin edamı qarşısında "mənalı sükut" ixtiyar etməsi belə bir sual doğurur ki, görəsən bu "mənalı sükut" edam hökmünün Ərəbistan tərəfindən icra olunduğu üçündür, yoxsa Ayətullah Nimrin şiə olduğu üçün?!"

Bu türkiyəli yazıçının məqaləsində azca düşünsək bu qərara gələcəyik ki, Türkiyə dövləti İslam dünyasında müsəlmanların deyil, təkcə öz hakimiyyətinin maraqlarını güdən siyasi bir xətt üzrə irəliləyir ki, maraqlara uyğun olaraq siyasətini də dəyişir...

Buna misal olaraq Türkiyənin "Ədalət və İnkişaf Partiyası"nın işğalçı sionist rejimi ilə əlaqələrin adiləşdirilməsindəki addımını göstərmək olar. Türkiyə dövlətinin hakim partiyasının öz maraqları yönündə yürütdüyü siyasətin tərkib hissəsi olan bu qərar bütün türk xalqı tərəfindən kəskin etirazlarla qarşılandı və türkiyəlilər dövlətin bu addımını sosial şəbəkələrdə tənqid atəşinə tutdular.

Bundan öncə də "facebook" istifadəçiləri Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğanın müxtəlif çıxışlarını paylaşaraq "Ədalət və İnkişaf Partiyası"nın irəli sürdüyü siyasi görüşləri tənqid etmişdilər.

Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğanın bu çıxışları paradokslarla dolu idi. O bu çıxışlardan birində deyirdi "biz Qüdsün işğalçıları ilə dostluq etməyəcəyik", halbuki digər bir çıxışında İsraili Türkiyə dövlətinin və xalqının dostu adlandırır.

Rəcəb Təyyib Ərdoğanın paradokslu və antitez siyasətlərinin digər bir nümunəsi də Mina faciəsi və Kəbədə qaldırıcı kranın aşması məsələsində dövlət maraqlarına uyğun mövqe tutması idi. Halbuki bu hadisələrin yaranmasına səbəb Ərəbistan dövlətinin idarəçilikdə ləyaqətsiz və bacarıqsız olması idi. Ərdoğan isə öz çıxışında Ərəbistanın tərəfini saxlayaraq hadisənin təbii olduğunu vurğuladı və dedi: Həmişə stəkanın dolu tərəfini görün. Biz Səudiyyə Ərəbistanını bu hadisədə təqsirləndirə bilmərik.

Bu barədə işarə olunası digər məsələ budur ki, Ayətullah Nimr Baqir Nimrin edamı və Həcc hadisələri məsələsində Türkiyənin hakim partiyasına bağlı bütün medialar bu iki dəhşətli hadisəni işıqlandırmaq və məhkum etmək əvəzinə Tehranda Ərəbistan səfirliyinə edilən hücumu qabartmağa başladılar və əvvəlki hadisələrdə tutduqları "mənalı sükut" siyasətini dəyişərək Ərəbistanın lehinə hücuma keçmişdilər. Ölkənin rəsmi media agentlikləri Ayətullah Nimrin məzlumiyyətini və Ərəbistanın çirkin əməlini işıqlandırmadan Ərəbistan və digər Ərəb ölkələrinin "səfirliyə həmlə məsələsi"nin ardınca Tehran ilə rabitələrinin kəsilməsini qabardırdılar. Halbuki İran rəsmi şəkildə bu hadisəni məhkum etmişdi.

Ayətullah Nimr Baqir Nimrin edamının İslam dünyasında yaratdığı həssaslığı nəzərə alsaq, Türkiyə dövlət təşkilatlarından birinin də bu hadisəni məhkum etməsi, İslam ümmətinin həmrəylik və vəhdəti üçün təsirli olacaqdı. Amma təəssüflər ki, bu ölkənin dini təşkilatları da bu addımı atmadılar.

Bundan əlavə Türkiyə dövləti Azərbaycan, Bəhreyn və Nigeriyada da şiələrin zorakılığa məruz qalması, həbs edilməsi və təqib olunmasına göz yumur və "mənalı sükut" siyasətini yeridir.

Türkiyənin bu siyasəti aşağıdakı sualları doğruru ki, bu sualları cavablandırmağı oxuyucuların öz öhdəsinə qoyuruq:

1). Görəsən, Türkiyə dövləti İslam dünyasının böyük bir hissəsi olan şiələr ilə sünnilər arasında fərq qoyurmu?

2). Görəsən, Türkiyə dövləti Ali-Səud hakimiyyəti qarşısında sükut siyasətini davam etdirəcəkmi?

3). Görəsən, sionist rejimi ilə əlaqələrin sadələşdirilməsi Türkiyə xalqının iradə və istəyinin əleyhinə deyilmi?

Mürtəza Kərimi

http://iqna.ir/fa/news/3467290


captcha