Tehran, 01.02.2016 – Suriyanın paytaxtı Dəməşqdə törədilən terror aktlarında ölənlərin sayı 76-ya çatıb, daha 110 nəfər yaralanıb.
Suriyanın paytaxtının Seyyidə Zeynəb məhəlləsində bazar günü üç partlayış törədilib. Bir partlayış məsafədən işə salınmaqla avtomobilə yerləşdirilmiş bomba ilə törədilib. Eyni vaxtda yaxınlıqdan keçən marşrut avtobusunda terrorçu-kamikadze özünü partladıb. Bir neçə dəqiqə sonra daha bir terrorçu özünü partladıb.