IQNA

Belçikalı rəssam müsəlmanları fərqli göstərdi + FOTO

10:56 - February 17, 2016
Xəbər sayı: 3480188
Tehran, 17.20.2016 – İslam barədə dünyanı qorxu və narahatçılıq başına aldığı bir zamanda belçikalı rəssam öz incəsənət əsəri ilə çalışdı insanlara İslamı və müsəlmanları fərqli ekranda göstərsin.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "tribune” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, dünyanı İslam barədə qorxu, qayğı və narahatçılıq başına aldığı bir zamanda belçikalı rəssam Fransua Estruzik öz incəsənət əsəri ilə çalışdı ki, insanlara İslamı və müsəlmanları fərqli ekranda göstərsin və onlara müsəlmanlar haqqında fərqli və müsbət düşünməyə cürət versin.

Belçikalı rəssam Fransua Estruzik "Müqəddəs Səfər” adlı rəsm sərgisində çalışır ki, insanları uzun bir yolçuluqda Kozova, Mərakeş, Hindistan, Keşmir, Banqladeş, Pakistan və digər ölkələrə aparsın.

Rəssam bu səfərdə çalışır ki, müsəlmanlarının həyatını və mənəvi yaşam tərzini fərqli çalarlarla insanlara göstərsin.

"Müqəddəs Səfər” rəsm sərgisi uzun bir yolçuluqda və müxtəlif mədəniyyətlər fəzasında Parisin "Elyanz Fransis” müəssisəsinin qalareyasında insanları müsəlmanlar haqqında fərqli və müsbət düşünməyə vadar edir.

Bu sərginin ağ-qara şəkilləri müsəlmanların həyat tərzindən yeni cəhətləri ortaya qoyur və işıqlandırır və tamaşaçını məcbur edir ki, hər şəkildə az da olsa dursun və bir az düşünsün.

Bütün bu şəkillərin hamsında bir ismarıc, bir dini ayin, bir əqidə, bir insan və bir xüsusi fəza təsvir edilmişdir. Bütün şəkillərdə mədəniyyət fərqləri ilə yanaşı hamıda müştərək olan insanlıq hissini cilvələnir.

Belçikalı rəssam Fransua Estruzik deyir: İslam Avropada ümumi şəkildə göstərilir, bütün müsəlmanlara eyni gözlə baxılır, mən isə istəyirəm ki, İslam və müsəlmanlar haqqında bilmədiyimiz gözəl cəhətlərin də olduğunu göstərim. Baxmayaraq ki, Avropa KİV-ləri istəyirlər ki, hər şeyi öz istədikləri kimi və çox adi göstərsinlər. Amma mən istəyirəm deyəm ki, hər şey biz gördüyümüz kimi çox da adi və sadə deyildir. Və mən çalışıram ki, insanlar hər şey haqqında daha çox məlumat əldə edib, daha çox düşünsünlər…

http://iqna.ir/fa/news/3476120



 


Teqlər: hicab ، avropa ، müsəlmanlar ، rəssam ، sərgi
captcha