IQNA

Kanadanın Vinzer şəhərinin məscidləri qeyri-müsəlmanlara evsahibliyi etdi

9:38 - March 08, 2016
Xəbər sayı: 3480261
Tehran, 08.03.2016 – Kanadanın Vinzer şəhərinin Vinzer məscidi və Beytul-Əhzan məscidi həftənin şənbə və bazar günləri qapılarını qeyri-müsəlmanların üzünə açıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Windsor star" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Kanadanın Vinzer şəhərinin Vinzer məscidi və Beytul-Ehsan məscidi həftənin şənbə və bazar günləri qapılarını məscidə maraqlı olan qeyri-müsəlmanların üzünə açıblar ki, cameə İslam və müsəlmanlar ilə yaxından tanış olsunlar.

Vinzer müsəlmanları "məscidlərin açıq qapısı" mərasimi ilə birlikdə həmin gün "səbr, dözüm, hörmət və təlim" devizi ilə İslam maarifini öyrətmək üçün layihələr həyata keçirdilər.

Vinzer məscidinə minlərlə müsəlman üvdürlər və dini mərasimləri keçirtmək üçün məscidə toplaşırlar. Onlar "məscirlərin açıq qapısı" günü tamaşaya gəlmiş insanlara ikram edir, qonaqlıq verir və Quran-Kərim nüsxələri hədiiyə verirdilər və bununla da qeyri-müsəlmanlar üçün İslam dini ilə maraqlanmağa münasib şərait yaratmış olurlar.

Vinzer məscidinin neçə min nəfərlik üzvləri məscidi ziyarətə gələnlər üçün müxtəlif proqramlar icra edir, ziyafət və gəzinti təşkil edir və onlara hədiyyələr verirdilər.

Beytul-Ehsan məscidinin işçiləri də qonaqlar üçün müxtəlif proqramlar icra edərək onları İslam mədəniyyəti və müsəlmanların dini əqidəsi ilə tanış ediblər.

Bu məscidin sözçüsü İrfan Əhməd dedi: Bu proqramın təşkilindən hədəfimiz insanlara İslam dininin sülh və dostluq dini olmasını çatdırmaqdır. Biz terrorizmin hər növünü məhkum edirik.

http://iqna.ir/fa/news/3481363


Teqlər: quran ، açıq qapı ، məscid ، kanada ، sərgi
captcha