IQNA

Floridadakı islamofob billboardların altında sülhamiz toplantı

9:04 - April 27, 2016
Xəbər sayı: 3480382
Tehran, 27.04.2016 – Florida ştatının Sent-Agustin şəhərinin vətəndaşları şəhərin İslamofob təbliğat şitlərindən birinin altında irqçilərin bu addımının əleyhinə dinc və sülhamiz aksiya keçirdilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Florida Times" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Florida ştatının Sent-Agustin şəhərinin vətəndaşları bu şəhərin yollarından birində yerləşdirilmiş İslamofob təbliğat billboard və reklam şitlərindən birinin altında anti-İslam qrupların bu addımının əleyhinə dinc və sülhamiz aksiya keçirdilər.

İslamofobiyaçıların bu addıman etiraz edən aksiyaçılar "müsəlman qonşuya sevgi" və "müsəlman qonşuların yanındayıq" şüarları ilə irqçilərin bu nalayiq addımına və islamofob billboardlara öz etirazlarını bildirdilər.

Bu etiraz toplantısı Sent Agustin şəhərinin "Mehriban Sent Agustin" təşkilatı və "Sent Agustin İslam Cəmiyyəti" tərəfindən keçirildi.

Aksiyada iştirak edənlər əllərində "müsəlman qonşuya sevgi" və "müsəlman qonşuların yanındayıq" şüarları yazılmış və üzərində sülh simvolu çəkilmiş tablolar tutmuş, libaslar geyinərək və bu halı sərgiləyən fotolar çəkərək paylaşdılar. Bu fotolar göstərirdi ki, onlar bu reklam şitlərində yazılmış islamofob təbliğatın əleyhinədirlər və bu cür addımların xalq arasında qorxu və xaos yaratmaqdan başqa bir nəticəsi yoxdur.

İman Əs-Siva - "Sent Agustin İslam Cəmiyyəti" üzvü, bu barədə dedi: Toplantımızın hədəfi bu idi ki, islamofobiyaçı qruplara öz birliyimizi, sülhsevərliyimiz və bizi parçalamağa heç kimin gücü çatmayacağı göstərək.

Qeyd edək ki, İslamofob reklam şitinin əleyhinə keçirilən virtual sorğuda 54 min nəfərdən çox vətəndaş bu işi pisləmiş və müsəlmanları himayə etmişdilər.

http://iqna.ir/fa/news/3492197


Teqlər: iqna ، florida ، islamofobiya
captcha