IQNA

Ramazan ayı ilə bağlı ən yaradıcı və çox baxılmış video müsabiqəsi keçirilir

7:02 - May 18, 2016
Xəbər sayı: 3480464
Tehran, 18.05.2016 - You Tube Video paylaşma şəbəkəsi "The lantern" (Fənər) yarışları layihəsini başladaraq Ramazan ayı ilə bağlı ilk ən yaradıcı və çox baxılmış video müsabiqəsi keçirir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Gtoday" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, You Tube Video paylaşma şəbəkəsi "The lantern" (Fənər, Çırağ, Fanus) yarışları layihəsini başladaraq Ramazan ayı ilə bağlı ilk ən yaradıcı və çox baxılmış video müsabiqəsi keçirir.

Orta Şərq və Şimali Afrika ölkələri arasında keçirilən bu yarışların hədəfi mübarək Ramazan ayı barəsində təbliğat və reklam şirkətləri və media qrumlarının ən yaxşı işlərini tanıtdırmaqdır.

Məlumatda bildirilir ki, ilk ən yaradıcı video müsabiqəsində qurumlar, KİV-lər və təbliğat şirkətləri Ramazan ayı ilə bağlı öz ən yaxşı filmlərini təqdim edə bilərlər.

Müsabiqə Yaxın Şərq və Şimali Afrika ölkələrində keçirilir. Ən təsirli videolara mükafatlar təqdimolunacaq.

Google şirkətinin Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə nümayəndəsi Alex Brunury deyib ki, bu müsabiqə çox önəmlidir, ona görə ki, həm Ramazan dəyərləri vurğulanacaq və həmdə müsəlman dünyasından yaxşı imic təqdim olunacaq.

Teqlər: iqna ، ramazan ، orucluq
captcha