IQNA

Ayətullah Sübhani "imamın ğeybəti" barədə suala Qurandan cavab verdi

12:22 - May 23, 2016
Xəbər sayı: 3480483
Tehran, 23.05.2016 - Ayətullah Sübhani ğayib imamın faydasını Həzrət Musa (ə) və ustadının macərasına oxşadaraq dedi: İmam Zamanın (ə) cəmiyyətə çoxlu faydaları var ki, bizim ondan xəbərimiz yoxdur.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Ayətullah Üzma Cəfər Sübhani ğeybdə olan imamın bərəkətlərini Həzrət Musa və müəlliminin məsələsinə oxşadaraq dedi: Həzrət Musa (ə) müəlliminin kim olduğunu bilmirdi, amma ondan hikmət öyrəndi, bu gün İmam Zamanın (ə.f) cəmiyyət üçün bir çox faydaları vardır ki, bizim ondan xəbərimiz yoxdur.
Ayətullah Üzma Cəfər Sübhani bu həftənin ilk dərs günündə "Ali Dini Dərslərin Mətndən Kənar Mühazirəsi" (Dərse Xaric) zamanı Həzrət İmam Mehdinin (ə.f) doğum günü münasibəti ilə təbrik deyərək vurğuladı: Müsəlmanların dini müqəddəsləri və atributları tarix boyunca həmişə bəzi pisniyətli insanlar tərəfindən suistifadə edilib və bəziləri hətta peyğəmbərlik iddiası etmişlər, amma bu cür məsələlər bizim öz əqidəmizdən əl götürməyimizə səbəb olmamalıdır.
Ayətullah Üzma Cəfər Sübhani vurğuladı: Həzrət Musa (ə) da müəlliminin kim olduğunu bilmirdi, amma ondan hikmət öyrəndi, bu gün İmam Zamanın (ə.f) cəmiyyət üçün bir çox faydaları vardır ki, bizim ondan xəbərimiz yoxdur.
Ustad Sübhani əlavə etdi: Bəzən deyirlər ki, ğeybdə olan Allah vəlisi və imam kimdir, nə üçün insanların arasında deyil, axı övliya gərək camaatla olsunlar, amma İmam Zaman (ə.f) bizim aramızda deyil, ona əlimiz çatmır, nə üçün belədir?
Bu sualın cavabında deyirik ki, Quran-Kərim Allah vəlisini və övliyanı cəmiyyəti idarə etmək üçün seçmişdir. Həzrət Musa (ə) və Ustadının macərasında da belədir. Musa (ə) ustadının Allah vəlisi olduğunu bilmir, amma ondan hikmət öyrənir və xeyirindən faydalanır və həmçinin həmin tanınmaz Allah vəlisi cəmiyyət üçün nə qədər faydalı işlər görür ki, hətta Musanın (ə) da onlardan xəbəri yox idi. Deməli Allah vəlisi gizlində və pünhanda da olsa belə cəmiyyət üçün faydalıdır və öz vəzifəsini yerinə yetirir.
Ali Dini Dərslər Ustadı əlavə etdi: İmam Əli (ə) buyurur ki, Allahın vəlisi ya zahirdir, ya da ğayib. Və bu ğayib vəlidir ki, cəmiyyətin xeyirinə olan işlər gördü, amma Musanın (ə) o məsələlərdən xəbəri yox idi və bizim də zamanımızda Allahın vəlisi həmin işləri görür.


captcha