IQNA

Hindistanın baş naziri Ayətullah Xameneiyə Quran hədiyyə etdi

9:21 - May 25, 2016
Xəbər sayı: 3480492
Tehran, 25.05.2016 – Narindra Modini, Həzrət Ayətullah Üzma Xamenei ilə görüşündə ona Həzrət Əliyə (ə) mənsub qədim Quran nüsxəsi hədiyyə etdi.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Hindistanın NDTV peyk TV kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, həftənin 2-ci günü, May ayının 23-də, İran İslam Respublikasında səfərdə olan Narindra Modini - Hindistanın baş naziri, İran İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Xamenei cənabları ilə görüşündə ona Həzrət Əliyə (ə) mənsub qədim Quran nüsxəsi hədiyyə etdi.
Narindra Modininin - Hindistanın baş naziri, Şiələrin Ali Dini Liderinə hədiyyə etdiyi bu nəfis Quran nüsxəsi hicrətin 7-ci əsrinin tapıntılarına aid olan və Kufi xətti ilə yazılmış nüsxənin yeni çapıdır.
Bu Quran-Kərim nüsxəsinin orjinalı Hindistanın Otrapradeş əyalətinin Rampur şəhərinin "Rampur Rza" kitabxanasında saxlanılır.
Bu məlumatda deyilir ki, Narindra Modininin - Hindistanın baş naziri, bu səfər çərçivəsində İran İslam Respublikası prezidenti Dr. Həsən Ruhani ilə də görüşüb və ona da nəfis hədiyyə təqdim etmişdir. Dr. Ruhaninin hədiyyəsi isə qədim farsdilli şair Mirza Qalib Dehləvinin əlyazma şeirlər toplusunun yeni çap nüsxəsi olub. Bu şeirlər toplusunda Mirzə Qalibin 11 min beyt şeiri toplanmışdır. Bu şeirlər toplusu 1863-cü ildə yazılmışdır.


Teqlər: iqna ، hindistan ، iran ، quran
captcha