IQNA

İran parlamentinin spikeri Fəlluca şəhərinin azad edilməsini "igidlik" adlandırdı

11:13 - June 19, 2016
Xəbər sayı: 3480560
Tehran, 19.06.2016 - İran parlamentinin spikeri Əli Laricani iraqlı həmkarı Səlim əl-Cuburiyə Fəlluca şəhərinin İŞİD terrorçularından azad edilməsi münasibətilə təbrik məktubu göndərib.

İran parlamentinin spikeri Fəlluca şəhərinin azad edilməsini


IQNA - Məktubda İraq ordusu və Xalq Səfərbərlik Qüvvələrinin Fəlluca şəhərini İŞİD-dən təmizləməsini igid və cəsurcasına addım adlandıran Əli Laricani İraq xalqını terrorçuluğa və ekstremizmə qarşı daim bir olmağa çağırıb.

İran parlamentinin spikeri Əli Laricani İraq xalqının və siyasi partiyaların bir olması təqdirdə düşmənlərə qələbə qazanacağını sözlərinə əlavə edib.

Xatırladaq ki, mayın 23-də başlayan Fəlluca əməliyyatları iyunun 17-sində şəhərin İŞİD terrorçularından azad edilməsi ilə nəticələndi.

eastnews

captcha