İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Əlaqələr və Mədəniyyət Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının Suriyadakı mədəni işlər idarəsi və İran və Fələstin Dostluğu Dərnəyi yoxsul regionlarda məscidlər, Quran Evləri və Quran Mədrəsələrinin maddi və mənəvi himayə olunması layihəsi çərçivəsində suriyalı və fələstinli Quran hafizləri və qarilərindən 31 nəfərini fələstinli köçkünlərin yaşadığı "Cirmana" düşərgəsində hədiyyələr ilə mükafatlandırdı.
Elə bu lahiyə çərçivəsində sözü gedən məscid və mədrəsələrə Quran-Kərimin təlimi və dini maarifləndirmə yönündə kitablar verildi.
Bu mərasimdə düşərgənin Cümə və camaat imamları, Cirmana rayon icra nümayəndəliyi və digər məsul şəxslər iştirak etdilər.
Mərasimdə 3 cüz, 20 cüz və 10 cüz Quran hafizi və qarisi olan 31 nəfər kişi və xanımlar təqdir və təltif edildi.
İran İslam Respublikasının Suriyadakı mədəni işlər idarəsinin məsulu Mustafa Rəncbər Şirazi çıxışı zamanı dedi: Quran-Kərimin bəşər övladı üçün daimi və əbədi hidayət sənədidir. Quran-Kərimlə ünsiyyətdə olan hər kəs əbədi olacaq və ondan ayrı düşənlər isə zəvala və tənəzzülə uğrayacaqdır.
O əlavə etdi: Bu səmavi kitab salam, rəhmaniyyət və rəhimlilik ilə başladı, bütün yaradılış üçün nazil olmuşdur və son ayələrində bildirilmişdir ki, bu kitabın rəhman və rəhimliyi bütün insanlar və cinlərə şamildir. Suriya, Fələstin, Quran və İslam düşmənlərinin müsəlmanların adına çıxdığı terrorizm və zorakılıq İslam və Qurandan deyil.
İran və Fələstin Dostluğu Dərnəyinin rəisi Məhəmməd əl-Bühəysi dedi: Əgər İran İslam Respublikasının maddi və mənəvi dəstəkləri olmasaydı, Suriya və Fələstin müqaviməti də olmayacaqdı. İranlılar İslami Müqavimətin ən sədaqətli himayəçisidirlər.