IQNA

"Celtic" tərəftarları Fələstinə görə təyin olunan cərimənin 2 qatını topladı

10:30 - August 24, 2016
Xəbər sayı: 3480725
Tehran, 24.08.2016 – Fələstinə verdiyi dəstəyə görə Celtic tərədarları UEFA tərəfindən cərimələnib.



İQNA’nın
verdiyi xəbərə görə, Lakin klub tərəfdarları UEFA cəriməsinin 2 misli qədər məbləğ toplamaqla bir daha öz mövqelərini ortaya qoyublar.

İsrail komandasıyla oynanan oyunda Fələstin bayraqları açan və Fələstinə dəstək bəyanatları yayan Şotlandiyanın "Celtic" klubu tərəfdarları bu məbləği gözlənilən UEFA cəriməsinin ödəniıməsi üçün toplayıb.

Qeyd edək ki, eyni səbəblə 2014-cü ildə də 15 min funt sterlinq cərimə ödənilib. Buna görə də yenə oxşar cərimə tətbiq ediləcəyi nəzərə alınaraq 15 min funt sterlinqin toplanması nəzərdə tutulurdu.

Ancaq bu məbləğ ilk saatlarda toplandıqdan sonra ilk 24 saatda 30 min sterlinqdən artıq pul toplanıb. UEFA cəriməsindən artıq toplanmış vəsaitin Beytüllahimdəki fələstinli didərgin uşaqlara göndəriləcəyi bildirildi.

Mənbə: eastnews

Teqlər: celtic ، tərəfdar ، fələstin ، cərimə ، iqna ، İkna
captcha