IQNA

İspaniya ilk İslam universitetinə malik oldu

8:24 - September 06, 2016
Xəbər sayı: 3480768
Tehran,06.09.2016 – İspaniyanın şimalına yerləşən Bask muxtar vilayətinin San Sebastian şəhərində tarixdə ilk dəfə olaraq İslam Universiteti təsis edildi.


















İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Qüds əl-Ərəbi" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, bu gün İslam və müsəlmanların Avropda hüzuru qərbli siyasətçiləri narahat etdiyi və müsəlman miqrantların siyasi aləmdə mühüm müzakirə və çəkişmə mövzularından biri olduğu halda İspaniyanın şimalına yerləşən Bask muxtar vilayətinin (Comunidad Autonoma del Pais Vasco) San Sebastian (Donostia) şəhərində tarixdə ilk dəfə olaraq İslam Universiteti təsis edildi.

Bu İslam universiteti Mərakeşin ölkədən xaricdə fəaliyyət göstərən "Ədl və Ehsan" İslam camaatı rəhbərlərindən biri olan Rəşid Butərbuş tərəfindən və ABŞ-ın Mina Suta İslam Universitetinin həmkarlığı ilə təsis edilmişdir.

Rəşid Butərbuş bu universitetin rəhbərliyini öz öhdəsinə götürmüşdür. O həm də Müsəlman Alimlərin Dünya Birliyini təsis edən heyətin, Mərakeş İslam Alimləri Birliyi və İspaniya Camaat Namazı İmamları birliyinin də üzvüdür.

San Sebastian İslam universiteti Amerikanın Mine Suta əyalətinin İslam Universiteti tərəfindən də mötəbər və rəsmi sayılır və bu universitet Hollandiyanın Roterdam İslam universitetinin qeydiyyatda olduğu Avropanın İslami universitetlər siyahısına əlavə edildi.

Qeyd edək ki, İslam dini səmavi dinlərdən biri olaraq 1992-ci ildə İspaniyada rəsmi olaraq qəbul edildi və bundan sonra müsəlmanlar dini təlim hüquqlarından yararlandılar.

Qeyd-1: ABŞ-ın Mina Suta İslam universitetinin rəisi Vəlid əl-Müneysidir. Bu univesitet öz tələbələrinə bakalavr, magist və doktorant pillərinə İslami təhsil, Ərəb dili təlimi və diplom verir. Bu diplom ABŞ və Ərəb İslam universitetləri tərəfindən, o cümlədən Əl-Əzhər İslam Mərkəzi tərəfindən rəsmi tanınır.

Qeyd-2: Mərakeşin "Ədl və Ehsan" birliyi böyük İslami təşkilatlardan biridir ki, Əbdüs-Səlam Yasin bu birliyi təsis etmiş və 2012-ci ilə qədər də bu birliyin dünyadkı bütün qollarına rəhbərlik etmişdir. 2012-ci ilin Dekabr ayının 24-də Məhəmməd İbadi bu birliyin baş katibi olaraq seçildi.

Şeyx Əbdüs-Səlam Yasin öz təfəkkür və təşkilatında İran İslam İnqilabının dahi rəhbəri Həzrət İmam Xomeyninin (r.ə) təcrübələrindən faydalanmışdır.

http://iqna.ir/fa/news/3527874


captcha