IQNA

Kərbəlada "iraqi qiraət üslubu" ixtisas təlim kursları başladı

8:39 - September 06, 2016
Xəbər sayı: 3480769
Tehran, 06.09.2016 – Kərbəlada Quran-Kərimin "iraqi qiraət üslubu" ixtisası üzrə təlim kursları başladı. Kurslar Həzrət Abbas (ə) hərəmində fəaliyyət edən Quran-Kərim dərnəyi tərəfindən keçirilir.

İQNA-nınn (Beynəlxalq Quran Xəbər Agentliyi) "alkafeel.net" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Kərbəlada Quran-Kərimin "iraqi qiraət üslubu" ixtisası üzrə təlim kursları başladı.

Bu kurslar Həzrət Əbəlfəzl Abbas (ə) hərəminin nəzdində fəaliyyət göstərən Darul-Quran əl-Kərimin idarəçiliyində olan Quran hafizləri və qariləri yetişdirən Quran-Kərim təlim dərnəyi tərəfindən keçirilir.

Hər həftənin cüməaxşamı günləri Həzrət Əbəlfəzl Abbas (ə) hərəminin səhn və eyvanında "Seyyidul-ma" (Su ağası) adı ilə təşkil olunan bu kurslarda 45 nəfər seçilmiş Quran qariləri bu üslubu öyrənmək üçün iştirak edir.

Bu kurslarda iştirak edənlərə Quran-Kərimin qiraət, tilavət, hifz, sout, ləhn, təcvid və s... qaydalar "iraqi qiraət üslubu" ilə öyrədilir.

Kurslarda İraqın tanınmış Quran təlimçiləri Hacı Əlauddin Həmud və Seyyid Heydər Cəluxan əl-Musəvi tədris edirlər.

Qeyd edək ki, Quran-Kərim qiraətində "iraqi üslubu" tanınmış fənlərdən biridir və hüzn, qüssə və təvazökarlıq kimi xüsusiyyətlərlə digər qiraət üslublarından seçilir. Necə ki, İmam Sadiq (ə) Quranın qiraəti barədə buyurur: " ان القرآن نزل بالحزن فاقرؤوه بالحزن - Quran-Kərim hüzn və qüssə ilə nazil olmuşdur, belə isə onu hüzn və qüssə ilə oxuyun".

http://iqna.ir/fa/news/3527945


captcha