IQNA

Ərəb Birliyi də Ayətullah Üzma Xameneinin müraciətinə əks-əməl göstərdi

18:26 - September 10, 2016
Xəbər sayı: 3480784
Tehran, 10.09.2016 – ƏB ölkələrinin XİN Şurası keçirdikləri toplantıda bəyaniyyə yayaraq İslam İnqilabı Rəhbərinin Ali-Səud barədə Həcc Konqresinə ünvanladığı tənqidi müraciətə əks-əməl göstərdilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ərəb Birliyi ölkələrinin Xarici İşlər Nazirləri Şurası cüməaxşamı günü, cari ayin 8-də keçirdikləri toplantıda yekun bəyaniyyə yayaraq İran İslam Respublikasını məhkum etdilər.

"Səda əl-Bələd" xəbər informasiya portalının verdiyi xəbərə görə, Ərəb Birliyi ölkələrinin xarici işlər nazirləri İran İslam İnqilabı Rəhbərinin Ali-Səud barədə Həcc Konqresinə ünvanladığı tənqidi müraciətə əks-əməl və reaksiya göstərdilər.

Ərəb Birliyi ölkələrinin Xarici İşlər Nazirləri Şurası bu bəyaniyyədə Dünya Müsəlmanların Vəliyyi-Əmri Həzrət Ayətullah Üzma Seyyid Əli Xameneinin çıxışını tənqid edərək iddia etdilər ki, bu müraciətdə Ali-Səud şahlarına və Ərəbistana ünvanlanan sözlər onların Həcc mərasimində İslam və müsəlmanlar üçün "gördüyü işlər"in həqiqətini göstərmir və bu sözlər həqiqəti əks etdirmir.

Ərəb dövlətlərinin xarici işlər nazirləri şurasının bəyaniyyəsində deyilir ki, Ərəbistan dövləti Həcc və hacıların işlərini müdiriyyət edə biləcək yeganə ölkədir və İranın Ərəbistan əleyhinə qərəzli hücumları və ittihamları İslam dininin və qonşuluğun siyasi əsasları və dəyərləri ilə ziddir.

Bundan öncə də bəzi ərəb dövlətlərinin rəsmiləri Həzrət Ayətullah Üzma Xameneinin ismarıcını tənqid etmiş və keçmişdə olduğu kimi yenə də nökərlik etdikləri səudiyyəli ağalarının göstərişinə əsasən İslam İnqilabı Rəhbərinin haqlı tənqidlərinə əks reaksiya göstərmişdilər.

Həmçinin Ərəbistanın radikal vəhabi müftisi Ali Məqamlı Rəhbərin Həcc konqresinə ünvanladığı müraciətə özünəlayiq şəkildə cavab verərək demişdi ki, iranlılar müsəlman deyildirlər, onlar məcus və atəşpərəstdirlər.

Daha gülməlisi budur ki, "Uyun əl-Xəlic" xəbər portalının verdiyi xəbərə görə, qaniçən Ali-Xəlifə rejiminin parlamnet rəisi Əhməd ibn İbrahim əl-Tula da Ali Rəhbərin Həcc mərasimindəki hacılara ünvanladığı müraciəti məhkum və idda etmişdir ki, İran Həcc ayinini siyasiləşdirmək üçün bu cür addımları atır.

Ərəbistan muzdlu nökərlərindən biri olan Ali-Xəlifə rejiminin parlament rəisi deyib: "Bu ismarıcda deyilənlər batil ittihamlardır və İranın Həcci siyasiləşdirmək üçün başladığı qərəzli hücumların davamıdır. İran müsəlmanları Ərəbistan əleyhinə təkrik edir, onların arasına fitnə salır və bu mübarək günlərdə müsəlmanların arasında təfriqə yaradır".

Əhməd ibn İbrahim əl-Tula əlavə etdi: "İranın Həmkarlıq Şurasının qarşısında ümidsizcəsinə təlaş etməsi göstərir ki, bu ölkə regionda təhlükəsizliyi pozmaq istəyir".

Qeyd edək ki, İran İslam İnqilabın Ali Rəhbəri və dünya müsəlmanlarının vəliyyi-əmri Həzrət Ayətullah Üzma Seyyid Əli Xameneinin cari həftənin ikinci günü Həcc konqresinə toplaşmış hacılara ünvanladığı, Ali-Səudun bu böyük siyasi-ictimai-ibadi ayini icra etməkdə ləyaqətsiz olduğunu vurğuladığı və İslam dövlətlərindən Məkkə və Mədinənin idarəsini ələ almaq üçün siyasi həll yolu tapmalarının zəruri olduğunu istədiyi mesaj sionizm nökərləri olan ərəb dövlətlərinin şirin yuxusuna zəhər qatıb və onlar Ali Rəhbərin bu sərt tənqidindən sonra Səudiyyə Ərəbistanından tərəfdarlqı etməyə başlayıblar.

Bu ərəb dövlətləri və ƏRƏB BİRLİYİ ölkələrinin xarici işlər nazirləri şurası elə təkcə keçən il Həcc mövsümündə 7 mindən çox hacının Ali-Səud rəsmilirinin diqqətsizliyi, laqeydliyi və ləyaqətsizliyi üzündən şəhid olduğunu unudublar!

captcha