IQNA

Nəcəfdə "Həzrət Zəhra (s) səhni"nin ikinci fazası istifadəyə verildi

10:16 - September 21, 2016
Xəbər sayı: 3480821
Tehran, 21.09.2016 – İmam Əlinin (ə) hərəmində Həzrət Zəhra (s) səhni adlanan böyük ziayrət-ibadət fəzası layihəsinin ikinci fazası da dünən, Qədir-Xum bayramı günü istifadəyə verildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Nəcəf şəhərində Həzrət İmam Əlinin (ə) mübarək hərəmində Həzrət Zəhra (s) səhni adı ilə başladılmış böyük ziyarət-ibadət fəzası layihəsinin ikinci fazası da dünən, 20 sentyabr 2016-cı il, Qədir-Xum bayramı günü yüzlərlər Əhl-Beyt (ə) aşiqinin iştirakı ilə ziyarətçilərin istifadəsinə verildi.

Əmir əl-Möminin İmam Əlinin (ə) müqəddəs ziyarətgahının idarə heyətinin rəisi mübarək Qədir-Xum bayramını Həzrət İmam Mehdinin (ə.f) məhzərinə, təqlid mərcələrinə, şəhid ailələrinə və bütün müsəlmanlara və iştirakçılara təbrik deyərək dedi: İmam Əlinin (ə) hərəmində Həzrət Zəhra (s) səhni adlanan böyük ziayrət-ibadət fəzası layihəsinin ikinci fazası 7 min kv.metrlik bir sahədə bu müqəddəs hərəmin həyətinə əlavə edildi. Və gələn ilin (1438-ci hicri-qəməri ili) Məhərrəm ayında digər 7 min kv.metrlik bir sahənin açılış mərasimi keçiriləcəkdir.

http://iqna.ir/fa/news/3531726








captcha