Terhan, 20.10.2016 – Yəməndə Birləşmiş Millətlər Təşkilatının təklifi ilə qəbul edilən 72 saatlıq atəşkəs dünən ölkədə saat 23:59 radələrində başlayıb.

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) xəbər verir ki, Səudiyyə Ərəbistanının liderlik etdiyi koalisiya qüvvələrindən verilən açıqlamada bildirilib ki, sabiq prezident Mansur Hadinin istəyinə uyğun olaraq 72 saat müddətinə atəşkəsə əməl ediləcək.
Atəşkəs müddəti ərzində insanlara humanitar yardımlar paylanılacaq. "Ənsarullah" hərəkatından da verilən açıqlamada vurğulanıb ki, atəşkəsə həmişə kimi əməl ediləcək və hansısa təxribata yol verilməyəcək.
Mənbə: eastnews