IQNA

İsveçdə məscidə hücum edildi

12:19 - November 07, 2016
Xəbər sayı: 3480970
Tehran, 07.11.2016 – İsveçdə yerləşən məscidlərdən biri ilə onun nəzdindəki “Türk Mədəniyyət Dərnəyi”nə daşla hücum edilib.


İsveçdə məscidə hücum edildi

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın eastnews-a istinadla verdiyi xəbərə görə, paytaxt Stokholmda Dini İşlər İdarəsinə bağlı "Rinkeby” məscidi ilə onun nəzdindəki "Türk Mədəniyyət Dərnəyi”nə gecə kimliyi hələ müəyyən olunmayan şəxslər tərəfindən daşla hücum həyata keçirilib.

Məscid və dərnəyin şüşələrinin qırıldığı hücumda binada heç kim olmadığına görə yaralanan da olmayıb.

İsveç polisi hücumu təşkil edən şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində istintaqa başlayıb.

Mənbə: eastnews

Teqlər: İsveç ، məscid ، hücum ، iqna ، İkna ، quran
captcha