IQNA

Misirli səlahiyyətli:
13:19 - November 21, 2016
Xəbər sayı: 3481020
Tehran, 21.11.2016 - Misir Parlamentindəki Dini İşlər Komitəsinin sədri Usamə əl Abd, "Şiələr, mürtədlər və sekulyarlar üçün Misirdə yer yoxdur" – deyə söylədi.


Şiələrin Misirdə yeri yoxdur

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Al-Youm Al-Sabe'a-ya istinadla xəbər verir ki, Misir Parlamentindəki Dini İşlər Komitəsinin sədri Usamə əl Abdın Şiə müsəlmanlar haqqında önə sürdüyü iddialar xalqın reaksiyasına səbəb oldu.

Şiələrin Misirdə azacıq bir qrup olduğunu önə sürən Usamə əl Abd "Onların Misirdə yeri yoxdur. Şiələr planlarını həyata keçirmək üçün kömək edəcək kimsəni taba bilməyəcəklər" - dəyə söylədi.

Şiələri deyil, ancaq əhli-beyti (A.Ş) sevdiklərini irəli sürən Usamə əl Abd, Şiələrin bu ölkənin təhlükəsizliyi üçün təhlükəli olduğunu söylədi.

Misir Parlamentindəki Dini İşlər Komitəsi Katibi Ömər Hamruş da mövzuya bağlı etdiyi şərhdə, "Şiəliyə dəvət edən birinin məqsədi fitnə çıxarma və dövləti zəiflətmək üçün xarici ölkələrin planlarını həyata keçirməkdir. Misirdəki dini təşkilatlar bu mövzuda diqqətli olmalıdır. Şiə təsirinə qarşı mübarizə üçün Vəqflər Nazirliyi Misirdə gələcək həftəki Cümə Namazının xütbətlərində bu mövzuya yer verməlidir " deyə çıxış etdi.
"Şiələr, mürtəd və sekulyarlar üçün Misirdə yer yoxdur" deyən Ömər Hamruş, Misirin Sünni bir ölkə olduğunu və Şiələrin əsla Misirdəki dövlət orqanlarına nüfuz edə bilməyəcəyini söylədi.

Ad:
E-poçt:
* Comment:
* captcha: