IQNA

11:24 - November 29, 2016
Xəbər sayı: 3481065
İslam Peyğəmbərinin (s) vəfatı və İmam Həsənin (ə) şəhadətinin ildönümünü Nəcəf-Əşrəfdə keçirməyə müştaq olan milyonlarla zəvvar bu gün İmam Əlinin (ə) ziyarətgahına üz tutaraq piyada yola düşüblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Aləm" peyk tv kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, bu gün, İraqın rəsmi təqvimi ilə əziz İslam Peyğəmbəri Həzrət Məhəmməd Mustafanın (s) vəfatının və cənnət cavanlarının ağası və "sibti əkbər" İmam Həsənin (ə) şəhadətinin ildönümü günüdür.

Əziz İslam Peyğəmbərinin (s) vəfatının və İmam Həsənin (ə) şəhadətinin ildönümünü müqəddəs Mədinə şəhərində qarşılaya bilmədikləri üçün Nəcəf-Əşrəfdə keçirməyə müştaq olan milyonlarla zəvvar bu gün "Möləl-Müttəqiyan, "Əmirəl-Möminin" İmam Əli ibn Əbi Talibin (ə) mübarək və müqəddəs ziyarətgahı istiqamətinə piyada yola düşüblər ki, bu gün Mövlanın (ə) hüzuruna yetişib bu iki ağır müsibət münasibəti ilə Mövlalarına (ə) başsağlığı desinlər.

Nəcəf-Əşrəf şəhərinə yetişən bütün yollarda zəvvarla xidmət xeymələri qurulub və əzəmətli ƏRBƏİN ziyarətindən sonra Nəcəf ziyarətinə yollanan zəvvarlara Əhl-Beyt (ə) aşiqləri xalisanə xidmətlər edirlər.

Müşahidəçilərin verdiyi proqnoza görə İraqın müxtəlif şəhərlərindən və xaricdən Nəcəf-Əşrəf istiqamətinə yola düşən zəvvarların sayı 3 milyondan çox olacaqdır.

http://iqna.ir/fa/news/3549704

Bu əzəmətli yürüşün videoçarxına aşağıdakı linkdə baxa bilərsiniz:

Milyonların Nəcəf səmtinə yürüşü



Ad:
E-poçt:
* Comment:
* captcha: