IQNA

21:16 - November 29, 2016
Xəbər sayı: 3481067
Beynəlxalq Quran yarışlarında Quran-Kərimin hifzi üzərə birinciliyi qazanmışların arasında beynəlxalq Quran hifzi yarışları dünən Qətərdə öz işinə başladı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Qətərin "əl-Ərəb" qəzetinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, dünya Quran-Kərim yarışlarında Quran-Kərimin hifzi üzərə birinciliyi qazanmışların arasında ilk dəfə olaraq beynəlxalq Quran hifzi yarışları "Birincilərin Birincisi" devizi ilə dünən, həftənin birinci günü, 28 noyabr 2016-cı il tarixində, Qətərdə öz işinə başladı.

"Əvvəlul-Əvail" adı ilə (birincilərin birincisi) strat verilmiş Quran hifzi yarışları tarixdə ilk dəfədir ki, beynəlxalq səviyyədə keçirilir. Bu yarışlar dünəndən Qətərin paytaxtı Duhe şəhərinin amfiteatr binasında bu ölkənin milli bayram günlərinin keçirilməsi ilə eyni zamanda başlayıb və Noyabr ayının 8-dək davam edəcəkdir.

Qətərin "Şeyx Casim ibn Məhəmməd ibn Sani" adına Quran hifzi yarışlarına Şeyx Əhməd İsa Misravi (Əl-Əzhərin Quranın çapına nəzarət heyətinin üzvü və Misir qarilərinin şeyxi), Şeyx Əbdür-Rəşid Əli Sufi (Qətər), Şeyx Əbdüs-Səlam Müqbil əl-Məcidi (Yəmən) və Ərəbistandan bir qari hakimlik edəcəklər. Hakimlər heyətinin rəisi Şeyx Əhməd İsa Misravidir.

Yarışlarda Asiya, Avropa və Afrikanın müxtəlif ölkələrindən beynəlxalq yarışlarda Quran-Kərimin hifzi üzərə birinci yerləri qazananlar iştirak edirlər.

Dünyanın 21 ölkəsindən 37 nəfər Quran hifzi birincisi, o cümlədən Qətər, Ərəbistan, Misr, Fələstin, Əlcəzair, Tunis, İordaniya, Küveyt, Sumali, Liviya, Sudan, Bəhreyn, Mərakeş, Mavritaniya, Banqladeş, Nigeriya, Çad, Mali, Türkiyə, Malaziya və Kameron, bu yarışlarda "birincilərin birincisi" adını qazanmaq üçün rəqabət aparacaq.

Qeyd edək ki, bu yarışlar, yəni beynəlxalq yarışlarda birinci yerləri qazananların beynəlxalq görüşləri, bundan sonra hər üç ildə bir dəfə keçiriləcəkdir.

http://iqna.ir/fa/news/3549739


Ad:
E-poçt:
* Comment:
* captcha: