IQNA

İŞİD Mosulda partlayış törətdi

13:55 - December 03, 2016
Xəbər sayı: 3481080
İŞİD terrorçusu Mosul şəhərinin şərqində terror aktı törədib. Hadisə nəticəsində 24 nəfər həlak olub, onlarla insansa yaralanıb.


İŞİD Mosulda partlayış törətdi

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) İslamazeri.az-a istinadla xəbər verir ki, Terror aktı bu gün səhər saatlarında ordunun nəzarətində olan "Kadisiyyə 2" yaşayış rayonunda baş verib.

Güc strukturu əməkdaşlarının verdiyi məlumata əsasən, terror aktı dinc sakinlərə qarşı törədilib. Səbəb isə sakinlərin hərbçilərlə əməkdaşlıq etməsidir.

Partlayış nəticəsində 24 nəfər həlak olub.

Xəsarət alanlar arasında qadın və uşaqlar da var.

captcha