IQNA

Qədim papirus Quran-Kərimin Fironun əzabı ilə bağlı dediklərini təsdiqlədi + Foto

13:05 - December 09, 2016
Xəbər sayı: 3481107
Quran- Kərim keçmiş tayfaların taxiri dastanlarını insanlar üçün ibrət və moizə olaraq zikr etmişdir və bu arada Musa (ə) və Firounun dastanı bu ayələrin ən çoxunu ehtiva edir.


Qədim papirus Quran-Kərimin Fironun əzabı ilə bağlı dediklərini təsdiqlədi + Foto

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, arxeoloji qazıntılar zamanı kəşf edilmiş qədim papirus kağızının üzərinə yazılmış tarixi hadisələr Quran- Kərimin Fironun əzabı ilə bağlı nəql etdiyi dastanı təsdiq edib.

Quran- Kərimin rəvayətinə əsasən Firon azğınlıq və günahına israrlı olub, böyük Allahın əzəməti qarşısından kafirlik edib, təkəbbür və "allahlıq" iddiası etdiyi zaman Allah- Taala Həzrət Musanı (ə) peyğəmbər olaraq göndərdi ki, Fironu cəhənnəm əzabı ilə qorxutsun, şayəd ki, hidayət olsun. Quran- Kərimin "Ə`raf" surəsinin 132 və 133-cü ayələri bu barədə deyir:

وَقَالُواْ مَهْمَا تَأْتِنَا بِهِ مِن آيَةٍ لِّتَسْحَرَنَا بِهَا فَمَا نَحْنُ لَكَ بِمُؤْمِنِينَ.

فَأَرْسَلْنَا عَلَيْهِمُ الطُّوفَانَ وَالْجَرَادَ وَالْقُمَّلَ وَالضَّفَادِعَ وَالدَّمَ آيَاتٍ مُّفَصَّلاَتٍ فَاسْتَكْبَرُواْ وَكَانُواْ قَوْمًا مُّجْرِمِينَ.

"Və dedilər: «(Ey Musa,) bizə, bizi sehrləməyin üçün hər nə nişanə və möcüzə gətirsən, biz sənə əsla iman gətirən deyilik.

Beləliklə, biz ayrı-ayrı nişanələr şəklində onlara tufan, çəyirtgə, gənə, qurbağalar və qan göndərdik. Onlar yenə də təkəbbür və itaətsizlik göstərdilər. Onlar günahkar bir dəstə idilər".

Quran- Kərim keçmiş tayfaların taxiri dastanlarını insanlar üçün ibrət və moizə olaraq zikr etmişdir və bu arada Musa (ə) və Firounun dastanı bu ayələrin ən çoxunu ehtiva edir.

Milad tarixi ilə 18-ci əsirdə Misirin pilləkanlı ehramlarında aparılan arxeoloji qazıntılar zamanı kəşf edilmiş və "Corciyus" adlı bir şəxs tərəfindən yazılmış 17 səhifəlik qədim papirus kağızının üzərinə yazılmış tarixi hadisələr Quran- Kərimin Fironun əzabı ilə bağlı nəql etdiyi dastanı təsdiq edib.

Bu "papirus" nüsxəsinin yazıldığı tarix dəqiq məlum deyildir. Hollandiyanın milli muzeyi bu qədimi papirus nüsxəsini 1828-ci ildə aldı və muzedə 344-cü nömrə ilə qeyd olundu.

Məlum nüsxənin tərcüməsində - ki, Bəni- İsrail tayfasının Misirdəki tarixini yazan ən mühüm papirus nüsxəsidir, göstərilir ki, misirlilərin (qibtilər) və Bəni- İsrailin (ibrilər) yaşadığı bu ərazilər Həzrət Yusifin (ə) zamanına qədər quraqlıq olmuşdur.

Bu papirus nüsxəsi qədim heroqliflərlə yazılıb və "the papyrus İpuwer" adlanır ki, 1908-ci ildə Qardnir tərəfindən (qədim Misir tarixi üzərə tədqiqatçı) qədim dildən müasir İngilis dilinə tərcümə edilmişdir.

Quran-Kərimin Fiorun və tərəfdarları barədə rəvayət olunan əzabı ilə uyğunluq təşkil edən bu papirusun tərcüməsində yazılır: "Vəba hər yerə yayılıb. Hər yerdən qan axır. Nil çayı qan rəngdə axır. İnsanlar yorğun və xəstə uzanıblar... Misir ağlayır. Sarayda heç bir qida məhsulundan xəbər yoxdur... Əkin üçün heç nə yoxdur... Diyarımız sel və tufan ilə viran olubdur... Misirdə quraqlıdır və heç nə bitmir... Evlər bir göz qırpımında xarabalığa çevirilib... 9 gündür qəsrdən çölə çıxamq imkanı yoxdur və heç kim tanış bir sima görə bilmir... Firon elə bir halda yoxa çıxıb ki, bundan öncə belə olmamışdı...".

Yuxarıda da qeyd etdiyimiz kimi papirusda verilən bu tarixi məlumat Quran- Kərimin Əraf surəsinin 132 və 133-cü ayələrində və digər ayələrdə deyilən məlumatı təsdiq edir.

http://iqna.ir/fa/news/3551839

پاپیروسی کهن که آیات عذاب الهی بر فرعون را تأیید کرد + عکس


Teqlər: quran ، iqna ، papirus ، firon ، misir ، bəni- İsrail
captcha