IQNA

Bakıda "Şeyxül-İslamlığın tarixi" kitabının təqdimatı keçirildi + Foto

22:43 - December 11, 2016
Xəbər sayı: 3481124
Höccətül- İslam vəl- müslimin Adil Mövlayinin qələmə aldığı "Şeyxül- İslamlığın tarixi" kitabının təqdimatı Bakının "Fairmont" hotelinin toplantı salonunda keçirildi.

Bakıda

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İslami Əlaqələr və Mədəniyyət Təşkilatı"nın xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, iranlı din alimi mərhum Höccətül- İslam vəl- müslimin Adil Mövlayinin azərbaycanlı İlahiyyatçı araşdırmaçı Anar İskəndərovun həmkarlığı ilə qələmə aldığı "Şeyxül- İslamlığın tarixi" kitabının təqdimatı Bakının "Fairmont" hotelinin toplantı salonunda baş tutub.

Kitabın təqdimat mərasimi Qafqaz Müsəlmanlar İdarəsi və Azərbaycanın Dini İşlər Komitəsinin həmkarlığı ilə keçirilib

Mərasimin icrası və keçirilməsinə Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin rəisi Vasim Məmmmədliyev rəhbərlik edirdi.

Təqdimat mərasimində Azərbaycanın tanınmış dini, elmi, ictimai, mədəni və siyasi simaları, müxtəlif ölkələrin səfirləri, o cümlədən İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Seyid İbrahim İbrahimi Naid iştirak ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin rəisi Allahşükür Paşazadə mərasimin açılış çıxışını edərək bu kitabı ərsəyə gətirdiyi üçün mərhum Höccətül- İslam vəl- müslimin Adil Mövlayiyə və həmçinin kitabın ərsəyə gəlməsində və tarixi məlumatların toplanmasında köməklik etmiş iranlı alimlərə, o cümlədən İslam İnqilabı Rəhbərinin Bakıdakı nümayəndəsi Höccətül- İslam vəl- müslimin Seyid Əliəkbər Ocaqnəjada təşəkkürünü bildirdi.

Allahşükür Paşazadə əlavə etdi: Azərbaycan tarixində "şeyxül- İslam"ların önəmli təsir və xidmətləri olmuşdur və Azərbaycan onların vücudundan bəhrələnmişdir.

Mərasimin davamında Akif Əlizadə - Azərbaycanın Milli Elmlər Akademiyasının rəisi və Azərbaycanın ilk şeyxi Şeyxül- İslam Axund Cavadoğlu Əlizadənin nəvəsi, Mübariz Qurbanlı – Azərbaycanın Dini İşlər Komitəsinin rəisi, Fəttah Heydərov – Parlament nümayəndəsi və Azərbaycan Ağsaqqallar Şurasının rəisi, Abil Məhərrəmov – Bakı Dövlət Universitetinin rəisi, Yaqub Mahmudov – Parlament nümayəndəsi və Azərbaycan Elmlər Akademiyasının Tarix insititunun rəisi, İbrahim Mövlayi – müəllifin qardaşı, Anar İskəndərov – müəllifin həmkarı və digərləri çıxış edərək kitab və müəllif barədə öz təəssüratlarını bölüşdülər.

Qeyd edək ki, "Şeyxül-İslamlığın tarixçəsi" kitabı 72 möhkəm və etibarlı qaynağa istinadla yazılmış və öz növündə Azərbaycan dilində misilsiz kitabdır. Kitabda 1823-cü ildən, yəni Axund Əhməd Hüseynzadənin zamanından indiyədək Azərbaycan "şeyxül-İslam"larının həyatı araşdırılmış və onların dini, siyasi və ictimai təsir və xidmətləri işıqlandırılmışdır. Kitabda qeyd edilir ki, Şeyxül- İslam Molla Ağa Əlizadə BDU-nun təsis edilməsində təsirli rol ifa edilib. Həmçinin Allahşükür Paşazadə özünün 36 illik Şeyxül- İslamlıq dövründə cəmiyyətdə din və dövlət münasibətlərinin yaxşılaşmasında müsbət addımlar atmış və cəmiyyətin dini hüquqlarının qorunmasında və müdafiəsində təsirə malik olmuşdur.

Xatırladaq ki, Şeyxül-İslamlığın müsəlman cəmiyyətində min ildən çox tarixi vardır. İslamın birinci 500 ilində "şeyxul-islam"lıq din alimləri arasında ustadlara verilən elmi və irfani bir məqam idi. İkinci 500 ildə isə bu məqamın verilməsində siyasi idarəçilik, siyasi qüdrət və hakimlik bacarığı da nəzərə alındı və "şeyxül- İslam"ları şahlar rəsmi məqam olaraq seçməyə və vəzifəyə təyin etməyə başladılar.

"Şeyxül- İslamlıq" vəzifəsi Osmanlı ipmeriyası zamanı rəsmiləşdi və şiə aləmində isə ilk rəsmi "şeyxul-İslam"lıq vəzifəsi Səfəvilər dövründə elm və siyasi qüdrətdə tanınmış dini alimlərə verildi. Bu alimlərdən biri də Şeyx Bəhai olub ki, o zaman Gəncə gəlmiş və Şah Abbas məscidini bu şəhərdə tikdirmişdir.

http://iqna.ir/fa/news/3553049






captcha