IQNA

İŞİD barədə sənədli film;
23:31 - December 11, 2016
Xəbər sayı: 3481125
İİR-nın Almaniyadakı Mədəniyyət Əlaqələri İdarəsi İŞİD-in Avropadakı cinayətlərini və avropalıların bu cinayətlərə istinadla İslam barəsindəki yanlış təsəvvürlərini ehtiva edən sənədli film yayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Almaniyadakı Mədəniyyət Əlaqələri İdarəsinin rəsmi teleqram kanalı İŞİD-in Avropadakı cinayətlərini və avropalıların bu cinayətlərə istinadla İslam barəsindəki yanlış təsəvvürlərini ehtiva edən sənədli film yayıb.

İranın Almaniyadakı Mədəniyyət Əlaqələri İdarəsinin rəsmi teleqram kanalı yazır: Almaniya yeni müsəlman miqrant dalğalarını qəbul etməklə artıq Avropda ən böyük müsəlman cəmiyyətlərinə malik ölkələrdən birinə cevirilməyə başlamışdır və yaxın gələcəkdə özündə müsəlman miqrantlara yer verdiyi üçün ən böyük müsəlman cəmiyyətinə sahib olacaqdır...

İndi söz buradadır ki, yaxın gələcəyin ən böyük müsəlman cəmiyyətinə sahib olacaq bir ölkədə "İslam dünyasına baxış" necə və nəyə əsasən formalaşıbdır?!

Bu ölkənin ictimai mütəfəkkirləri və tədqiqatçı alimləri öz araşdırma və mütaliələrində bu gün İslam adı ilə təqdim olunan nəsnəyə necə reaksiya verirlər və onların İslam barədə hansı ideya, təsəvvür, və təsdiqə malikdirlər?!

Görəsən müsəlmanların ziyalıları, fikri rəhbərləri və ideoloqları ilə İslam barədə başqa bir düşüncəyə sahib olanlar arasında dialoq baş tutmuşdurmu?!

"Biz və İslam; Bir məktubun dastanı" adlı sənədli filmdə bütün bu suallara cavab verməyə çalışmışıq.

Sənədli filmi aşağıdakı linkdə izləyə və endirə bilərsiniz:


ENDİR

http://iqna.ir/fa/news/3552917


Ad:
E-poçt:
* Comment:
* captcha: