İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, 14 Dekabr 2016- cı il, BƏƏ- nin Şarcə şəhərində 19- cu Beynəlxalq İslami İncəsənət Festivalı öz işinə başladı və festival 40 gün davam edəcəkdir.
"əl-İmarat əl-Yəvm" xəbər və informasiya portalı bu xəbərə yayaraq bildirib ki, XIX Beynəlxalq İslami İncəsənət Festivalı Şarcənin Media və Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət gösərən "Mədəniyyət İşləri İdarəsi"nin təşəbbüsü ilə keçirilir.
Bu festivalın proqramları BƏƏ-nin müxtəlif məşhur məkanlarında, o cümlədən Şarcənin Elmlər Akademiyasının Gözəllik İncəsənəti institutu, Şarcənin İnsənət Muzeyi, "Əlməcaz amfiteatrı", "Əlməcaz Fəvvarələri", "Ən-Nur cəzirəsi" və "əl-Xətt Meydanı"nda icra ediləcəkdir.
Məhəmməd İbrahim Əl-Qəsir – Şarcənin XIX Beynəlxalq İslami İncəsənət Festivalının koordinatoru, həftənin birinci günü, 12 Dekabr 2016-cı il, festivalın mətbuat konfransında bu barədə dedi: Şarcənin XIX Beynəlxalq İslami İncəsənət Festivalında 346 proqram, o cümlədən sərgilər, çıxışlar, kiçik təlim kursları, atelyelər, seminarlar və s..., 40 gün müddətində icra olunacaqdır.
Fərəh Qasim - Şarcənin XIX Beynəlxalq İslami İncəsənət Festivalının icraçı məsulu, dedi: Festivalın kənarında 42 sərgi keçiriləcəkdir. Bu sərgilərin 34-ü Şarcənin İncəsənət Muzeyində düzənlənəcəkdir.
O əlavə etdi: 22 müxtəlif Ərəb və qeyri-Ərəb xarici ölkələrdən 64 incəsənət ustadı bu festivalda iştirak edəcəklər. Festivalda incəsənət adamları özlərinin 232 incəsənət əsərini sərgiləyəcəkdir.
http://iqna.ir/fa/news/3553701